Sosial 29.10.2019 21:42

TƏKLİF: Gənc ailələrin güzəştli kateqoriyası genişləndirilməlidir

“Çoxlu sayda gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər. Bu kontekstdən, sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müracət hüququnun necə müəyyənləşdirilməsi son dövrlər müzakirə edilən məsələlərdəndir. Bu isə evsiz gənc ailələrinin bir qisminin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir”.

Rakus.az xəbər verir ki, bunu ekspert Vüqar Bayramov bildirib.

Qeyd edib ki, CESD-nin tədqiqatları göstərir ki, güzəştli kateqoriyaya daxil olan qrupların siyahısına yenidən baxılıb dəyişdirilməsinə ehtiyac var. Belə ki, bu güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib. Məsələn, qaydalara əsasən ən azı 3 il dövlət qulluğunda və o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə müraciət edə bilər. Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs yalnız 5 ildən sonra bu hüququ əldə edir. Bu o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur 3, müəllim isə 5 ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır. Maraqlıdır: hansı meyarlar ilə məmurlar üçün 3 il, müəllimlər üçün daha uzun müddət müəyənləşib? Məgər, cəmiyyət üçün müəllim məmurdan az faydalıdır? CESD təklif edir ki, müəllimlər üçün güzəşt hüququ 1 ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin.

İkincisi, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. Bu o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa o sosial mənzilə və güzşətli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də, 15 ildən çox müəllim işləmiş vətəndaşlarımıza da gənc ailə olmasa da belə hüququn verilməsi sosial ədalət baxımdan çox vacibidr.

Üçüncüsü, daha yaxşı olardı ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrin ev problemləri dövlət pulsuz mənzil təminatı çərçivəsində həll olunsun. Bu kateqoriya vətəndaşlarımızın sosal vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzil ilə təminatı davam etdirilməlidir. İiyədək məcbur köçkünlərə 34 591 mənzil verilib və onların sosial vəziyyətinin yaxşııaşdırılması üçün 7.1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür.

Dördüncüsü, güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var. Gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda 3 min mənzili satışa çıxarmaq niyyətindədir. Gəncə, Sumqayıt və digər bölgələrimizdə də sosial binalar inşa edilməkdədir və ya ediləcək. Belə olan halda müraciət hüququ verən siyahıya baxıb onun genişləndirilməsinə ehtiyac var. Xüsusən də regionlarda müraciət hüququ daha çox vətəndaşlarımıza şamil olunmalıdır.

Digər tərəfdən, bu gün qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün evin ölçüsündən asılı olaraq 40-80 min manat pul xərcləyirlər. Amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır. Əgər 40-50 min manatlıq 3 otaqlı ekonom evlər təklif olunardısa onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdi. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO