Elm və təhsil 20.09.2024 20:12

Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib

Sentyabrın 20-də “Şahənşah” Şadlıq Sarayında Ardanış Kənd İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Ardanışdan olan gənclərlə görüş keçirilib.

Rakus.az xəbər verir ki, əvvəlcə Vətən yolunda canlarını qurban vermiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın dövlət himni səsləndirilib.

Ardanış Kənd İcmanın sədri professor Məhəmməd Kərimov tələbə adını qazanan gənclərimizi və onların valideynlərini salamlayıb, gəncləri göstərdikləri yüksək nəticələr münasibətilə təbrik edib və qarşıdakı təhsil illərində, həyat yollarında uğurlar diləyib.

Görüşdə çıxış edən icmanın Ziyalılar Şurasının sədri Vaqif Həsənov, İcmanın İdarə Heyətinin üzvü Əsgər İbrahimov, valideynlərdən Bayram Axundov gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, belə tədbirin keçirilməsini yüksək dəyərləndiriblər.
Bildirilib ki, Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndinin təhsil sahəsində böyük uğurları var və indiki gənclərimiz bu ənənəyə sadiq qalaraq xarici ölkə və yerli ali məktəblərə qəbul olublar. Əminik ki, gənclərimiz öz bilik, bacarıqları ilə ardanışlı adını hər yerdə uca tutacaq,  yaxşı təhsil alaraq ölkəmizin ictimai- siyasi həyatında fəal iştirak edəcək, müxtəlif sahələr üzrə Azərbaycanı savadlı kadr kimi təmsil edəcəklər.
Gənclərdən Əziz Kərimov, Xəlil Xudiyev, eləcə də bu il Azərbaycan Diplomatik Akademiyasına (ADA) yüksək nəticə göstərərək qəbul olmuş Aişə Kərimli çıxışlarında tədbirin təşkilatçılarına təşəkkür edib, onlara bəslənən bütün ümidləri doğruldacaqlarına, cəmiyyətdə ləyaqətli yerlər tutmaq üçün daha yaxşı təhsil alacaqlarını söyləyiblər.
Sonda gənclərə Ardanış Kənd İcmasının rəmzi hədiyyələri təqdim olunub və xatirə şəkili çəkdirilib.
Xatırladaq ki, bu il ali məktəblərə Ardanış kökənli 30-a yaxın gənc Azərbaycanın və Avropanın müxtəlif nüfuzlu ali təhsil ocaqlarına qəbul olublar.
(Görüşlə bağlı geniş material bu günlərdə saytda dərc ediləcək)

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO