Tələbələr film çəkdi - VİDEO
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri “TV-də sənədli film” fənni çərçivəsində qısametrajlı filmlər hazırlayıblar. Onlardan biri də paytaxtın Nizami rayonunda yerləşən 13 nömrəli İxtisaslaşmış Olimpiya Uşaq və Gənclər İdman Məktəbinin(İOUGİM) cüdo bölməsinin məşq prosesi ilə bağlı çəkilən süjetdir.
Fənn müəllimi Mahir Qəribov və BDU-nun təlim-tədris studiyasının müdiri Ramin Rzayevin köməkliyi ilə ərsəyə gələn filmin əsas məqsədi yeniyetmə və gənclər arasında idmanı, bədən tərbiyəsini təbliğ etməkdir.
Xatırladaq ki, “Peşəkarların məkanı” adlı qısametrajlı sənədli filmi tələbələr özləri çəkib, montaj ediblər.
Film Rakus.az saytının youtube kanalına “Peşəkarların klubu – Cüdo” başlığı altında 3 dildə (Azərbaycan, ingilis və rus) yerləşdirilib.
Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi