Mətbuat 31.07.2019 12:32

Teletənqidçilər: TV-lər ucuz yollara gedirlər

Çoxarvadlılığın təbliği, “şpaqat” açanlar, lüğətimizə gətirilən unikal söyüşlər, canlı efirdə musiqi arasında bir-birinə deyilən ədəbsiz sözlər…

Televiziya kanallarımızdan danışdıqda göz önünə gələn mənzərə, yəqin ki, hamımızda eynidir.

Lakin müharibə şəraitində olan bir ölkənin TV kanallarında hərbi vətənpərvərlik verilişlərinin sayı, demək olar ki, yox dərəcəsindədir.

Bəs, görəsən, bunun səbəbləri nədir? Necə mübarizə aparmalıyıq? Televiziya kanallarımız nə üçün bu yolu seçiblər?

Rakus.az xəbər verir ki, teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib ki, cəmiyyətin “qaymaqlar”ı, tanınmış ziyalıları, alimləri, peşəkar insanlar, cəmiyyət arasında nüfuzu olan şəxslər ekranda olmalıdır:

“Ümumilikdə televiziya vitrindir. Vitrinə də adətən ən yaxşı məhsulları qoyurlar. Təəssüf, səviyyə o dərəcədə aşağı düşüb ki, bu gün cəmiyyətdə heç bir nüfuzu olmayan, heç bir dəyər daşımayan, yəni xalq qarşısında heç bir xidməti olmayan, sadəcə şou əhli olduğuna görə müəyyən qrup insanları əyləndirə bilən və buna görə də maraq doğuran bu insanlar ekranlarda görünür. Bütün televiziyaların əyləncə resursu məhz bu adamlardan ibarətdir. Əlbəttə, sənət adamları, müğənnilər arasında ziyalı insanlar da var. Ancaq aparıcı olan bu xətt deyil.

Ona görə mən düşünürəm ki, bunu kimlər edir? Niyə görə bu siyasət bu dərəcədə dərin kök atıb? Niyə cəmiyyətdə bu adamlar öndədir?

Hər cəmiyyətin özünün dəyərləri var. Heç vaxt ola bilməz ki, bu xalqın dəyəri şou əhli olsun. Yəni yeni nəsil üçün, auditoriya üçün, cəmiyyətin özü üçün yanlış xətdir. Bunun əks təsiri var. Ona görə də bu gün cəmiyyət bu televiziyalardan üz döndərib, informasiyanı başqa kanallarda axtarır, o cümlədən heç də Azərbaycana dost olmayan televiziya kanallarına baxılır”.

Professor hesab edir ki, bu, bütövlükdə ictimai şüuru zədələyir.

“Vətənpərvərlik mövzusuna gəlincə, hansısa zədəli imici olan müğənni əsgər geyimində mahnı oxusa, bu, cəmiyyətə təsir edəcək? Bunlar hamısı illüziyalardır. Bununla auditoriyanı aldatmaq olmaz. Televiziya həm də ictimai əxlaqdır, dərsdir, düşüncə, geyim, danışıq dəbidir. Ona görə də televiziyada hər şeyə diqqət yetirilməlidir.

Təəssüf ki, bu insanların əxlaqına, davranışına sirayət edir. Yəni onlar hesab edirlər ki, davranış bu cür olmalıdır, fikirlər bu cür səsləndirilməlidir, debatda həyasızlıq edilməlidir, əxlaq və tərbiyəni bir kənara qoyub tamamilə başqa hərəkətlər nümayiş edilməlidir. Yəni bunlar hamısı ictimai əxlaqı zədələyir, insanların şüurunda ağır yük qoyur.

Doğurdanmı, bizim cəmiyyət televiziyalarda göstərilən kimidir, dəyərlərimizə bu dərəcədə sayğısızıq? Bunların hamısı üst-üstə gələndə televiziyaları gözdən salır”, – o əlavə edib.

Media eksperti Zeynal Məmmədli isə hesab edir ki, kimlərsə bu məsələdə reklam bazarını bəhanə gətirir, lakin bu kimi məsələlər də peşəkar yanaşmanı inkar edə bilməz:

“Bu halda televiziya tamaşaçısının nə istədiyini müəyyən etmək lazımdır. Bunun üçün sosial sorğuya ehtiyac var. Televiziyaların hər biri kiçik vəsait qoysa, auditoriyanı öyrənə bilər. Bu, onların hər biri üçün vacibdir. Auditoriyanı öyrənməyin ucuz yolları da var. Bunun üçün peşəkarlara müraciət etmək lazımdır.

Bütövlükdə auditoriyanı öyrənmək üçün isə böyük vəsait tələb olunur. İndiyədək belə bir təşəbbüs olmayıb, ancaq bu, bizə çox lazımdır. Biz bilməliyik ki, auditoriya özü nəyi görmək istəyir. Auditoriyanı genişləndirdikdə televiziya nüfuz qazanır. Təəssüf edirəm ki, bu gün ən baxımlı verilişin 300 min auditoriyası var. 10 milyonluq əhalisi olan ölkə üçün bu, çox aşağı göstəricidir. İlk addım, dediyim kimi, auditoriyanın istəyinin öyrənilməsi olmalıdır”.

Ekspertin fikrincə, sosial, siyasi, iqtisadi, mədəni verilişlər elə qurulmalıdır ki, onlar həm maraqlı, həm də faydalı olsun:

“Bu, peşəkarlıq baxımından çox ciddi problemdir. Mövzuya bələd olan, bu mövzunun dərin qatlarını aça bilən şəxslərə ehtiyacımız var. Bu insanların jurnalist olması vacib deyil. Bu cür insanlarla, ekspertlərlə müqavilələr bağlanmalı, onlara müvafiq ödənişlər edilməlidir. Peşəkar yanaşma bunu tələb edir. Azərbaycan reallığında bunun üçün böyük məbləğə ehtiyac yoxdur. Az məbləğlə böyük problemləri həll etmək mümkündür. Ancaq bizim televiziyalarımız bu gün ən ucuz yola gedirlər. Kapital qoyub, uzunmüddətli strategiya müəyyənləşdirib vətəndaş yetişdirə biləcək verilişlər hazırlamaq lazımdır”.

Z.Məmmədli vurğulayıb ki, bu gün televiziya kanallarımız məsələyə ticarətçilər kimi yanaşır, “ucuz alıb baha satmağa” çalışırlar:

“Telekanallar bu prinsiplə işləyirlər. Burada menecerlərin təcrübəsi məsələsi gündəmə gəlir. Mexaniki olaraq, Rusiya və ya Türkiyə televiziyasında yayımlanan əyləncə proqramlarını yamsılayırlar, yaxud tok-şouların ucuz versiyalarını hazırlayırlar. Təbii ki, bununla uzağa getmək mümkün deyil”.

O bildirib ki, Azərbaycan telekanalları sanki bir-birinin klonudur:

“Peşəkarlarla işləmək lazımdır. Belə bir komanda yığıb normal maliyyə vəsaiti ilə lazımi proqramlar hazırlamaq vacibdir. Günü “yola vermək”lə nəsə əldə etmək mümkün deyil”. (Oxu.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO