Təhlil 08.01.2025 15:30

Tənha qalan Tehran – İran hakimiyyətinin etiraf səfəri – TƏHLİL

İrandakı hakimiyyət müsəlman dövlətləri tərəfindən nə dəstəklənir, nə də müdafiə olunur. Çünki o, islam dünyasında daim ayrı-seçkilik edir. Yaxud, özünün siyasi-ideoloji maraqlarını üstün tutur. Bu da nəticədə beynəlxalq miqyasda Tehran hakimiyyətinin tək qalması ilə sonuclanır.

Müstəqilliyini bərpa edəndən İslam Respublikası Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Fürsət düşəndə isə ona zərbə endirib.

Tehranın kəmfürsət əməllərinin sayını sadalamaqla bitməz. Suriyada baş verənlərin fonunda İranın anti-Azərbaycan, anti-Türkiyə, təriqətlərarası münasibətləri qızışdırmaqla bağlı bəzi faktları xatırlatmaq yerinə düşər:

– Şuşanın işğalında Tehran hakimiyyətinin rolu;

– Azərbaycan torpaqlarını işğal edən Ermənistana yanacaq, ərzaq və başqa yardımların edilməsi;

– İrana aid şirkətlərin Qarabağda separatçılar və terrorçularla birgə fəaliyyəti;

– 80-dən çox İran şirkətinin separatçılar tərəfindən “qeydiyyat”a alınması;

– işğal altında olan ərazilərdə bütün növ binaların sökülməsində, dağıdılmasında ermənilərlə birgə fəaliyyət göstərməsi;

– nəzarətdən kənar qalan Azərbaycan torpaqlarında separatçılarla birgə narkotik bitkilərin yetişdirilməsi, narkotik maddələrin qanunsuz yolla yayılması;

– Tarixi, dini abidələrin dağıdılmasına göz yumması;

– İrəvanda Göy məscidin və başqa abidələrin “fars mədəni irsi” kimi təqdimatına imkan verməsi;

– Birinci və İkinci Qarabağ müharibəsində erməni terrorçularla İran xüsusi xidmət orqanlarının əməkdaşlığı (ASALA-nın rəhbərlərindən biri olmuş beynəlxalq terrorçu Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşü);

– 44 günlük müharibə zamanı Ermənistana hərbi texnika və avadanlığın İran ərazisindən ötürülməsi;

– bu müharibə zamanı və ondan sonra Azərbaycana qarşı təbliğat aparılması;

– Azərbaycan cəmiyyətini parçalamaq cəhdləri;

– Ayətullah Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejatın Azərbaycan Respublikasında beşinci kolon yaratmaq istiqamətində fəaliyyəti;

– Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da erməni separatizmini müdafiə etməsi;

– Zəngəzur yolunun açılmasına süni maneələr yaratması;

– Tehranın Bakıdakı səfirliyinin terror fəaliyyətinin ifşası;

– Azərbaycanın bu qonşu ölkədəki səfirliyinə terror hücumu və cinayətkarların hələ də cəzalanmaması;

– İranın COP-29 beynəlxalq iqlim konfransında hökumət başçısı səviyyəsində təmsil olunmaması (bununla Ermənistan və Fransa kimi davranıb);

– Yaxın Şərqdəki hadisələrlə bağlı Azərbaycan və Türkiyəni yersiz, əsassız ittiham etməsi;

– Ərdəbilin cümə imamı höccətülislam Həsən Amulinin Azərbaycan, Türkiyə əleyhinə təbliğat təşkil etməsi və s.

Seyid Əli Xaməneinin xüsusi nümayəndəsinin təşkil etdiyi tədbir müsəlman dünyasına, onun birliyinə zərb vurmaq cəhdidir. Bir neçə ay öncə İran rəsmiləri müsəlman birliyindən danışır, onları “ittihada” çağırırdı. Ancaq həmin çıxışlardan heç 40 gün keçməmiş təriqətlərarası qarşıdurma yaratmağa çalışıblar. Amuli Tehran hakimiyyətinin tərənnümçüsüdür. Bununla İranın islam birliyinə maneə olduğu da təsdiqlənir.

İslam Respublikası rəhbərliyi Qəzza zolağı, Livan və Suriyadakı uğursuzluqlarını qəbul edə bilmir. Bu cəbhələrdə dostları Çin və Rusiya İrandan imtina edib. Həmin məsələdə heç bir müsəlman dövləti onu müdafiə etmədi, çağırışlarına belə qoşulmadı. Göründüyü kimi, Tehran apardığı hikkəli siyasəti ilə təklənib. Belə bir şəraitdə isə pozuculuq fəaliyyəti ilə məşğul olmağa üstünlük verib. Amuli də bu işdə əsas rollardan birini oynayıb.

Tehran hakimiyyəti vədinə də xilaf çıxıb. O, Azərbaycana verdiyi sözə bir ildən artıqdır əməl etmir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu törədənin hələ də cəzalanmadığını vurğulayaraq deyib:

“İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək”.

Ancaq indiyədək İslam Respublikası bu vədinə əmələ etməyib.

Amuli qurduğu anti-Azərbaycan, anti-Türkiyə, anti-islam məclisində özünün və təmsil etdiyi hakimiyyətin də əxlaqını, tərbiyəsini nümayiş etdirib. Dövlət başçısı onlara cavab olaraq deyib: “Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, – yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, – təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir”.

Amuli əvvəllər də Azərbaycana qarşı çıxışlar edib. O iddia edirdi ki, Azərbaycan torpaqlarını heç vaxt işğaldan azad edə bilməyəcək. Ancaq Azərbaycan Qarabağı və ətraf bölgələri işğaldan təmizlədikdən sonra o, iddia etdi ki, guya Qarabağın işğaldan azad edilməsi ilə bağlı Xamənei fətva verib. Yeri gəlmişkən, bu yalanın yayılmasına o vaxt Azərbaycandakı bəzi din xadimləri də başçılıq edirdi.

O, İmam Hüseyninin (Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin ikinci oğlu) şəhid olmasının rəmzi 40 mərasimindəki çıxışında tarixi hadisələri təhrif edərək Azərbaycan və Türkiyə arasında ixtilaf salmağa səy göstərib. O, guya “Şah İsmayılın Anadolu müftiləri tərəfindən təhqir edildiyini” iddia etməklə təmsil etdiyi rejimin islam dinində bölücü olduğunu növbəti dəfə göstərmişdi.

İran rəhbərliyi Suriyadakı müvəqqəti hakimiyyəti qəbul edə bilmir. Yeni qüvvələrə qarşı yeni “müqavimət hərəkatının” başladığını iddia edir. Dəməşqin hazırkı baş təmsilçisi Əhməd əş-Şəra Tehrandakı rejim barədə bunları deyib: “İranın təsiri altında olan bütün ölkələr məzhəb gərginliyi və vətəndaş müharibəsi yaşayır”.

O, “Əl-Ərəbiyyə”yə müsahibəsində vurğulayıb ki, İraq, Livan və Suriya da daxil olmaqla İranın nüfuz sahibi olduğu hər ölkədə “çox geniş miqyasda məzhəblərarası gərginlik baş verir. Bu isə vətəndaş müharibəsinə gətirib çıxarır”.

Əhməd əş-Şəra İran hakimiyyətini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda da ittiham edib: “İran İslam Respublikasının təsiri altında olan ölkələr “captagon” kimi narkotik maddələr istehsal edərək bütün regiona və dünyaya yayır”.

İran hakimiyyəti islam dünyası üçün xoşagəlməz örnəyə çevrilib. O, günahların etirafını, bağışlanmasını, tövbəni təbliğ etsə də, Azərbaycan əleyhinə fəaliyyətinə, çıxışlarına görə bir dəfə də olsun üzr istəməyib. Üzr istəmək yanlışlıqları aradan qaldırmaq üçün tərbiyəli əməldir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəlib. Bunu Tehran hakimiyyətinin etiraf səfəri kimi də dəyərləndirmək olar. Hələ ki vəziyyət dəyişməyib.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Mətbuat, Siyasi / 08.01.2025 17:24
Petrosyanın sensasiyalı etirafları Ermənistanda faşizm ideyasının əsasını qoyub - FOTO - VİDEO
Təhlil / 08.01.2025 15:30
Tənha qalan Tehran – İran hakimiyyətinin etiraf səfəri – TƏHLİL
Siyasi / 08.01.2025 13:54
“Koçaryan kimi insanlara “armyaşka” deyirlər” – ANONS
Gündəm / 08.01.2025 00:50
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - FOTO
Gündəm / 08.01.2025 00:18
İlham Əliyev: “Azərbaycanlılar Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”
Siyasi, Sosial / 07.01.2025 22:36
Alagüney, Alapapaq, Alapars, Alagöllər, Alagöl çay – türk tarixinin izi - VİDEO
Sosial / 07.01.2025 18:58
Suraxanıda ağaclar niyə kəsilir?
Mədəni, Video müsahibə / 07.01.2025 18:35
“Ermənilərin dağıdıb məhv etdiyi abidələrlə bağlı faktlar üzə çıxır” - VİDEO
Təhlil / 07.01.2025 15:20
Faşizmdən xilas – Paşinyanın yuxusu, xülyası və reallıq – TƏHLİL
Siyasi, Sosial / 07.01.2025 14:02
Türk tayfalarının Qərbi Azərbaycan məkanları – ANONS - VİDEO
Mədəni / 07.01.2025 13:26
Qərbi Azərbaycanda məhv edilən mədəni irs – ANONS - VİDEO
Siyasi / 07.01.2025 10:22
Ermənistanın etnik təmizləmə siyasəti - FOTO - VİDEO
Müsahibə / 06.01.2025 22:14
“Kəndimizin mollasını sovet hökuməti Sibirə sürgün etmişdi” - VİDEO
Təhlil / 06.01.2025 16:10
Ter-Petrosyan – Qarabağda və Ermənistanda törədilən cinayətlərin ortağı – TƏHLİL
Siyasi, Təhlil, Video müsahibə / 05.01.2025 11:00
Ermənilərin 600 illik planı və Levon Ter-Petrosyanın sensasiyalı etirafı - FOTO - VİDEO
Mətbuat, Siyasi / 03.01.2025 13:28
“2025: hədəflənən prioritetlərə baxış və perspektivlər” – MƏQALƏ
Gündəm / 01.01.2025 00:14
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Müsahibə, Səhiyyə / 30.12.2024 22:28
“İqlim dəyişikliyi soydaşlarımızın kütləvi ölümünə səbəb olub” - VİDEO
Mətbuat, Siyasi / 30.12.2024 21:23
Beynəlxalq hüquqa əsaslanan yeni regional siyasi reallıq – MƏQALƏ
Təhlil / 30.12.2024 14:26
Əsəddən Makrona gedən yol – Fransada hökumət böhranları – TƏHLİL
Gündəm, Siyasi / 30.12.2024 11:31
Rizvan Nəbiyev: “Prezidentin mesajları beynəlxalq mülki aviasiya təhlükəsizliyi üçün çox önəmlidir” - FOTO - VİDEO
Gündəm / 29.12.2024 15:02
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - FOTO - VİDEO
Gündəm / 29.12.2024 12:31
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib - FOTO - VİDEO
Elm və təhsil / 28.12.2024 22:27
“Ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələr” - VİDEO
Elm və təhsil / 28.12.2024 13:25
Erməniləşdirilən türk xristian məbədləri – ANONS - VİDEO
Siyasi, Sosial / 27.12.2024 22:45
“Erməni məkrliyi yeniyetmə və gəncliyimi əlimdən alıb” - FOTO - VİDEO