Teymur Rəcəbov Aronyanla qarşılaşır
Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun beşinci mərhələsinə start veriləcək.
Rakus.az xəbər verir ki, “New In Chess” adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Bu gün ilk beş turun görüşləri keçiriləcək.
I tur
Teymur Rəcəbov – Qeveyn Cons (Böyük Britaniya)
Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov
II tur
Teymur Rəcəbov – Aryan Tari (Norveç)
Şəhriyar Məmmədyarov – Əlirza Firuzca (FIDE)
III tur
Levon Aronyan (Ermənistan) – Teymur Rəcəbov
Yan-Kjıştof Duda (Polşa) – Şəhriyar Məmmədyarov
IV tur
Şəhriyar Məmmədyarov – Rameşbabu Praqnananda (Hindistan)
Teymur Rəcəbov – Yohan-Sebastyan Kristiansen (Norveç)
V tur
Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov
Vesli So (ABŞ) – Şəhriyar Məmmədyarov