UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Rakus.az xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab matçında İngiltərənin “Tottenhem” komandası Hollandiyada “Ayaks”ı 3:2 hesabı ilə yenərək, iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. Londondakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan “Tottenhem” cavab görüşündə səfərdə daha çox qol vurduğu üçün finala adlayıb.
Hərçənd, ilk 2 qolu məhz “Ayaks” vurub. Kapitan Matteys De Liqt 5-ci, Hakim Ziyeş isə 36-cı dəqiqədə fərqlənib. Lakin fasilədən sonra “Tottenhem” fəallaşaraq, bu qolların əvəzini çıxıb. Lukas Moura 55 və 59-cu dəqiqələrdə fərqlənərək, hesabı bərabərləşdirib. London komandası finala yüksəlmək üçün lazım olan daha bir qolu isə 90+6-cı dəqiqədə vurub.
Beləliklə, “Tottenhem” Çempionlar Liqasının finalına yüksəlib. İyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək həlledici qarşılaşmada rəqib İngiltərənin daha bir təmsilçisi “Liverpul” olacaq. “Liverpul” yarımfinalda İspaniya “Barselona”sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb – 0:3, 4:0.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) – 2:3
Qollar: Matteys De Liqt, 5. Hakim Ziyeş, 36 – Lukas Moura, 55; 59; 90+6
Baş hakim: Feliks Brıx (Almaniya)
Amsterdam. “Yohan Kroyf Arena”
İlk oyun – 1:0
Beləliklə, “Tottenhem” finalda “Liverpul” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının final görüşü iyunun 1-də Madridin “Metropolitano” stadionunda təşkil olunacaq.