“Trabzonspor” və “Konyaspor” qalib gəldi - FOTO
Futbol üzrə Türkiyə Superliqasının XXXI turu çərçivəsində “Trabzonspor” öz meydanda “Kayseripor”ü qəbul edib.
Rakus.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşün 16-cı dəqiqəsində Jose Sosa, 20-ci dəqiqəsində Yusif Yazıcı, eləcə də Əbdülqədir Ömür (65-ci dəqiqə) və Filip Novak (84-cü dəqiqə) fərqləniblər.
Qonaq komandanın heyətində isə Həsən Hüseyn 32-ci və 64-cu dəqiqələrdə topu rəqib qapıdan keçirərək dubl edib.
Beləliklə, bu qalibiyyətdən sonra xallarının sayını 56-ya çatdıran “Trabzonspor” Türkiyə çempionatında dördüncü sıradakı mövqeyini möhkəmləndirib və 3-cü pillədəki “Beşiktaş”la arasındakı xal fərqini üçə qədər azaldıb. Komanda, eyni zamanda, UEFA Avropa Liqasında Türkiyəni təmsil etmək hüququ qazanıb. “Kayserispor” isə 38 xalla 11-ci pillədə qərarlaşıb.
Turun digər oyununda “Konyaspor” səfərdə gözlənilmədən “Alanyaspor”u 4:2 hesabı ilə məğlub edib.
Hazırda “Qalatasaray” 63 xalla çempionatın vahid lideridir. Eyni xala malik “Başakşəhər” ikinci, “Beşiktaş” isə 59 xalla üçüncü sıradadır.