Tramp dondurdu – Departament raket satışına icazə verdi – TƏHLİL - FOTO
Prezident Donald Tramp Ukraynaya hərbi yardım proqramını dondursa da, ABŞ Dövlət Departamenti Javelin tank əleyhinə raket komplekslərinin Ukraynaya satışını təsdiqləyib.
Rakus.az xəbər verir ki, bu məsələ iyulun 25-də Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon söhbəti zamanı müzakirə edilmişdi. Trampın qarşıdakı seçkilərdə potensial rəqibi ilə əlaqəli istintaqda həmsöhbətindən kömək istədiyi bu söhbətin məzmunu, Konqresdəki demokratlara Trampın impiçment prosesinə hazırlıqların başlamasına səbəb olub. Bununla əlaqədar ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş nümayəndəsi Kört Volker konqresmenlərin suallarını cavablandırıb.
Cümə axşamı günü məlum olub ki, ABŞ Dövlət Departamenti Ukraynaya 39,2 milyon dollar həcmində Javelin portativ tank əleyhinə sistemlərini satmaq planını təsdiqləyib. Bu TƏİR-lər (tank əleyhinə idarə olunan raket) Ukraynaya satılması bu ilin əvvəlində Prezident Donald Trampın qərarı ilə dondurulmuş və ABŞ-ın 400 milyon məbləğində hərbi yardım paketinə daxil edilməmişdir. Lakin bu komplekslər iyulun 25-də ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı müzakirə olunduğu üçün Javelinlər bu söhbətdən sonra yaranan qalmaqalın vacib elementlərindən birinə çevrilib.
Daha sonra Tramp Zellenskiyə 2020-ci il prezident seçkilərində potensial rəqibi demokrat namizəd Co Baydenin oğlu Hanterin Ukraynadakı şəxsi neft və qaz şirkətləri ilə əlaqəsi ilə bağlı kompromat əldə etmək istədiyini vurğulayıb.
Dialoqun məzmunu anonim informator vasitəsilə məlum olub. Konqresdəki demokratlar prezident Trampın impiçmenti üçün hazırlıqlara başlayıb. O, seçki kampaniyasında xarici köməyə müraciət etməkdə ittiham olunur.
(Dövlət Departamentinin Ukrayna üzrə artıq keçmiş xüsusi nümayəndəsi Kurt Volker)
Sentyabrın sonundakı qalmaqaldan sonra Dövlət Departamentinin Ukrayna üzrə artıq keçmiş xüsusi nümayəndəsi olan Kurt Volker istefa verib. Cümə axşamı Konqresdə impiçment araşdırması səbəbilə ifadə verən Volker Ukraynaya 150 tank əleyhinə sisteminin satılmasını təsdiqləyib.
Səkkiz saat davam edən dinləmələrdə iştirak edən respublikaçı Mark Meadovsun verdiyi məlumata görə, Volker peşəkarcasına davranıb və onun ifadələri prezidentin yersiz davranışında ittiham etməyə əsas vermir. Konqresin demokrat üzvü Erik Svellvell əlavə edib ki, komitə xarici təhlükəsizlik yardımı ilə daxili seçki kampaniyası arasındakı əlaqə barədə Dövlət Departamentinin rəsmi ifadələrinə malikdir. Svolvell istintaqın davam edəcəyini və ABŞ prezidentinin qarşıdakı 2020-ci il seçkilərində xarici müttəfiqlərindən birinin köməyinə müraciət etmək üçün vəzifəsindən və vergi ödəyicilərin pullarından sui-istifadə etdiyinə dair yeni dəlillər ortaya çıxacağını deyib.