Siyasi 23.01.2025 22:17

“Bayden administrasiyası “topal ördək” rolunda ermənilərə sonuncu yaxşılığını etdi” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Tramp qayıtdı: Ermənistan üçün “əcəl zəngi” çalınır” adlı süjetdə Donald Trampın ABŞ-nin yeni Prezidenti kimi atacağı addımların, verəcəyi qərarların dünyanın müxtəlif coğrafiyalarında proseslərin inkişafına necə təsir etməsindən bəhs olunur.

Bildirilir ki, əsas məsələ D.Tramp Amerikasının Cənubi Qafqaz siyasəti, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşmasıdır. Bu, həm də Azərbaycanın Qarabağın azad edilməsindən sonrakı hədəflərinə – azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı, Zəngəzur dəhlizinin açılması və digər məsələlərə təsir edəcək amillərdir.

Qeyd olunur ki, keçmiş təcrübə – Trampın 2016-2020-ci illəri əhatə edən ilk prezidentlik dövründə baş verənlər və proqnozlar ABŞ-ın yeni administyrasiyasının Azərbaycanla münasibətlərə xüsusi önəm verəcəyi gözləntisini ön plana çıxarır. Trampla yanaşı, onun partiyasının – respublikaçıların da Azərbaycana münasibətində həmişə müsbət çalarlar müşahidə edilib. ABŞ-Azərbaycan münasibətlərinin son 25 ilinə nəzər yetirdikdə bunu aydın görmək olur.

Diqqətə çatdırılır ki, Tramp Ağ evə yenidən qayıtdı və əsas gözləntilər Vaşinqton-Bakı xəttində münasibətlərin normallaşması, ABŞ-nin Cənubi Qafqazın həlledici və real gücü ilə əməkdaşlığa üstünlük verəcəyi yönündədir: “Vaşinqtonun xarici siyasət kursuna yön verən “Stratfor” beyin mərkəzinin proqnozu da bu istiqamətdədir. Amma bütün proqnozlar və gözləntilər Ermənistanın əleyhinədir. Belə ki, əgər Paşinyan hakimiyyəti indiyə qədər Qərbdə Bayden Amerikası və Fransa Avropasına bel bağlayır, Azərbaycanın haqlı tələblərindən onların dəstəyi ilə boyun qaçırırdısa, Tramp Amerikasının dövründə belə olmayacağı ehtimalı güclüdür. Real situasiyalar göstərir ki, rəsmi İrəvanın Bakının tələbləri qarşısında qaçış yeri daralmaqdadır. Ermənistan Azərbaycanın azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı da daxil olmaqla haqlı tələblərini yerinə yetirməlidir”.

Sonda vurğulanır ki, erməni jurnalistlərin yazdığına görə, 300 min azərbaycanlının tezliklə Qərbi Azərbaycan layihəsi çərçivəsində Ermənistana qayıdacağı gözlənilir və bundan sonra Vayots Dzor Dərəlyəz, Ararat Zəngibasar, Qeqarkunik Göyçə, Yerevan isə İrəvan olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 23-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 23.01.2025 22:17
“Bayden administrasiyası “topal ördək” rolunda ermənilərə sonuncu yaxşılığını etdi” - FOTO - VİDEO
Təhlil / 23.01.2025 16:36
Baydenin karyerası – oğlunu cinayətlərə görə əfv edən Prezident – TƏHLİL
Siyasi, Təhlil / 23.01.2025 13:16
Ermənistan üçün “əcəl zəngi” – ANONS - VİDEO
Elm və təhsil / 22.01.2025 21:32
“Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı” - FOTO - VİDEO
Elm və təhsil / 22.01.2025 13:41
Udi xalqını əritmək istəyirdilər – ANONS - VİDEO
Siyasi, Sosial / 21.01.2025 22:21
Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 21.01.2025 18:35
“Azərbaycan Xəzər xaqanlığının tərkibində idi” - VİDEO
Təhlil / 21.01.2025 16:54
Liderlərin üz-üzə görüşü – “kölgə qılınclaması” – TƏHLİL
Siyasi, Sosial / 21.01.2025 14:09
Sakinləri qovulub ləğv edilən türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 21.01.2025 13:30
“Türklər Toqarmanın nəslindən sayılır” – ANONS - VİDEO
Müsahibə / 20.01.2025 22:55
“Göyçədən deportasiya olunanlar Yalova və İzmir bölgələrində də məskunlaşıblar” - FOTO - VİDEO
Gündəm / 20.01.2025 14:09
Şəhidlər xiyabanı coşqu ilə ziyarət olunur – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 20.01.2025 12:06
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Gündəm / 20.01.2025 00:07
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Gündəm / 20.01.2025 00:01
Qanlı Yanvar hadisələrindən 35 il ötür
Gündəm / 19.01.2025 21:09
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Mədəni / 18.01.2025 22:43
“Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir” - FOTO - VİDEO
Mədəni / 18.01.2025 14:27
Qoşundaş kompleksinin mistikası – ANONS - VİDEO
Siyasi, Sosial / 17.01.2025 22:05
“Babam deyirdi ki, ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya etdilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.01.2025 13:33
Üçüncü nəslin Vətən yanğısı – Vüqar Nərimanbəylinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 17.01.2025 12:40
“Minsk qrupunun və həmsədrlik institutunun ləğvi hədəflənən məsələlər sırasında dayanır” – AÇIQLAMA
Təhlil / 16.01.2025 22:48
“Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər” - FOTO - VİDEO
Siyasi / 16.01.2025 16:15
Deputatdan açıqlama: “Azərbaycan Minsk qrupunun ləğvini tələb edir”
Mətbuat / 16.01.2025 14:46
Mərdlik və milli iradə – xalqın qəhrəmanlıq rəmzi
Siyasi / 16.01.2025 13:45
“Əliyev Paşinyandan vaxt tələb edir” – ANONS - VİDEO
Mətbuat, Təhlil, Video müsahibə / 16.01.2025 10:03
ABŞ və Ermənistan arasındakı xartiyanın pərdəarxası məqamları - FOTO - VİDEO