Tramp Qrenlandiyanı alır – Danimarka isə satmır – TƏHLİL - FOTO
“ABŞ Prezidenti Donald Trampın Danimarka Krallığının bir hissəsi olan Qrenlandiyanın alınması təklifini müzakirə etməkdən imtina etdikdən sonra onun ölkəyə səfərini qəfil təxirə salmasına təəssüf edirəm”.
Rakus.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
D. Tramp bundan əvvəl Qrenlandiyanın ABŞ-a mümkün satışını müzakirə etməyəcəyi üçün Danimarkanın baş naziri ilə planlaşdırılan görüşü təxirə saldığını deyib.
“Danimarka inanılmaz insanları olan xüsusi bir ölkədir. Lakin baş nazir Mette Frederiksenin Qrenlandiyanın alınması ilə bağlı müzakirə etməkdə heç bir marağı olmadığını bildirdikdən sonra onunla iki həftədən sonraya təyin edilən görüşümüzü başqa vaxta keçirirəm”, – Tramp “Twitter” səhifəsində yazıb.
Donald Tramp Qrenlandiyanı Danimarkadan satın almaq fikrini keçən həftə bildirdikdən dərhal sonra Danimarka və Qrenlandiyanın rəsmiləri adanın satılmadığına bildirib.
Qrenlandiyanın Baş naziri Kim Kim Kilsen çərşənbə axşamı İslandiyanın Reykyavik şəhərində keçirilən İqlim sammitində Danimarkanın Baş naziri M.Frederiksin də daxil olmaqla, Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb.
Trampın Qrenlandiyanı satın almaq istəyi barədə sualın cavabında K.K.Kielsen bu məsələ ilə bağlı müzakirədən yorulduğunu deyib: “Mən bu suala bir neçə gün əvvəl cavab verdim – bu əyləncəli deyil, gülməli bir şey deyil”.
Danimarkanın baş naziri Birləşmiş Ştatların ölkəsinin yaxın strateji müttəfiqi olduğunu bildirsə də, “şükürlər olsun ki, sizin başqa ölkələri və xalqları alıb-satdığınız vaxtlar keçib” deyib.