Təhlil 15.10.2019 23:39

Trampın hədəsi – Vaşinqtonda Türkiyəyə dəstək mitinqi -TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı sarsıdıcı sanksiyalar tətbiqinə dair hədələrini bir daha təkrar etdi.

Rakus.az xəbər verir ki, o, sanksiyaların Suriyanın şimal bölgsində kürdlərə qarşı əməliyyatlara görə nəzərdə tutulduunu bildirdi.

Amerika qüvvələrinin həmin bölgələrdən çıxarılması qərarını müdafiə edən ABŞ dövlət başçısı “həqiqətənmi insanlar NATO üzvü olan Türkiyə ilə bizim döyüşəcəyimizi düşünür? Sonsuz mharibələr bitir. Bizi Yaxın Şərqdəki sabitsizliyə sürükləyənlər bizim orada qalmağımıza üstünlük verir” – Tramp “Tvitter” səhifəsində yazdı.

Prezident onu da əlavə edib ki, kürd qüvvələri qəsdən İŞİD-in əsirlərini azad etməklə, ABŞ qüvvələrini regiona geri qaytarmağa çalışa bilər.

Bu arada kürd, Suriya və Suriyanın müttəfiqi olan Rusiya arasında qeyri-adi razılıq əldə edilib.

Türkiyənin hücumunun qarşını almaq məqsədi ilə razılıq əldə edən Suriya ordusu bazar ertəsi sərhəddəki bir şəhərə daxil olub.

Suriyanın dövlət SANA xəbər agentliyinin bazar ertəsi bildirdiyinə görə, Suriya ordusu sərhəddən 20km. məsafədəki Təl-Tamr şəhərinə Türkiyənin təcavüzünün qarşısını almaq məqsə ilə daxil olduğunu və şəhər sakinlərinin bunu müsbət qarşıladığını bildirib.

Birləşmiş Ştatların hərbi qüvvələrini Suriyanın şimalından çıxartması və Türkiyə ordusunun kürdlərə qarşı hərbi əməliyyatlara başlamasından dörd gün sonra gəlinib.

Türkiyə ölkə daxilindəki separatçı kürdlərdlə əlaqəsi olan Suriya Demokratik Qüvvələrini terrorçu qrup olaraq tanıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Bakıda keçirilən Dünya Türk Biznes Şurasının toplantısında “Sülh çeşməsi” (“Barış Pinarı”) əməliyyatından danışıb. O, Ərəb Liqasının, NATO-nun, Avropa İttifaqının münasibətini tənqid edib.

Bu arada ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan türk və türkdilli icmaların nümayəndələri Ağ Evin qarşısına toplaşaraq, Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək vermək məqsədilə aksiya keçirildi. Türkiyə-Amerika Təşkilat Komitəsinin təşkilatçılığı ilə baş tutan aksiyada “YPG-PKK terrorçu təşkilatlardır”, “Biz Türkiyə ordusunu dəstəkləyirik”, “PKK uşaq qatilləridir” şüarları səsləndirildi.

Türk fəalları Ağ Evin qarşısını qırmızı-ağ rəngləyərək, Türkiyənin bu savaşda tək olmadığını ucadan bildiriblər.

Separatçı terror təşkilatına qarşı şüarlar səsləndirən aksiya iştirakçıları ABŞ rəhbərliyini terror təşkilatı YPG-PKK-ya dəstəyini kəsməyə çağırıb.

Türkiyənin 1980-ci illərdən bəri PKK terror təşkilatının çoxsaylı hücumlarına məruz qaldığı ifadə olunub. Həmin terror aktları nəticəsində 30 mindən çox insanın öldürüldüyü qeyd edilib. Bu səbəblərə görə, ABŞ, Avropa İttifaqı və BMT PKK-nı terror təşkilatı adlandırıb. Bildirilib ki, Türkiyə ordusunun əməliyyatı dinc kürd əhalisinə qarşı deyil, YPG-PKK adlı silahlı terrorçu qüvvələrinə qarşı keçirilir.

Aksiya iştirakçıları qeyd ediblər ki, İŞİD yaraqlıları ilə mübarizədən sui-istifadə edən PKK həmin ərazidəki Suriya şəhərlərini yerli əhali olan türkmənlərdən və ərəblərdən təmizləmə kampaniyasına başlayıb. Bu əməliyyatlar zamanı yerli kürd əhaliyə qarşı da zorakılıqlar tətbiq edildiyi məktubda xüsusi vurğulanıb. Məhz bu səbəbdən, aksiyaya qoşulan bir neçə suriyalı ərəb də Türkiyəni dəstəkləyən şüarlarla tədbirdə çıxış etdi.

Qarşı tərəfdən YPG-PKK bayrağını qaldıran bir neçə şəxs təxribat etməyə çalışıb, lakin Vaşinqton polisinin müdaxiləsi sayəsində onların planları gerçəkləşməyib.

Tədbirə türklər tərəfdən 200-ə yaxın adam, həmçinin bir neçə Azərbaycan icması nümayəndəsi qatıldı.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO