Təhlil 22.11.2019 23:39

Trampın impiçment prosesi – Yeni dəlillər və faktlar – TƏHLİL - FOTO - VİDEO

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçment prosesi ilə bağlı dinləmələrdə şahidlər ifadə verməyə davam edir.

Rakus.az xəbər verir ki, ABŞ diplomatı Qordon Sondlandın fikrincə, prezidentin rədd etməsinə baxmayaraq, son aylar Ukraynaya rəsmi Kiyevin Trampa siyasi cəhətdən fayda verəcək təhqiqata başlamasa, istədiyi hərbi yardımı almayacağı kimi şərt qoyulub.

Birləşmiş Ştatların Avropa İttifaqında səfiri olan Q.Sonland Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində dinləmələrdə deyib ki, impiçment prosesində təhqiqatçılar bu mürəkkəb məsələləri bir sualla ifadə edirdi: “Burada əvəz-əvəz (latınca: quid pro, `xidmət və yaxud mal müqabilində göstəilən lütf`- red.) olubmu? Mənim əvvəlki ifadələrdə dediyim kimi, cavab budur: bəli.”

 

Brüsselə təyinat almasından üç il öncə Trampın inaqurasiya mərasiminə bir milyon dollar ianə etmiş Sonland Ukrayna məsələləri ilə əlaqədar Kiyevlə münasibətlərdə Dövlət Departamentinin rəsmi kanallarının kənarlaşdırıldığına görə özü istəməsə də Trampın şəxsi vəkili Rudi Culiani ilə işlədiyini bildirib.
Q.Sonlandın bildirdiyinə görə, Culiani Trampın göstərişi ilə Ukrayna rəsmilərinə birbaşa bildirib ki, ABŞ lideri Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və onun Ukraynanın Burizma təbii qaz şirkətinin direktorlar şurasının üzvü olan oğlu Hanterlə bağlı təhqiqat aparılmasını açıq şəkildə öz üzərinə götürməsini istəyir.

Tramp bu il sentyabrın 11-də Zelenski Baydenlə bağlı təhqiqata başlamadan ABŞ-ın 391 milyon dollarlıq yardımını Ukraynaya ayırıb.

Səfir Sonland Trampla birbaşa kontaktlara malik olduğu üçün impiçment araşdırması ilə bağlı dinləmələrdə onun ifadələri digər şahidlərin ifadələrindən daha əhəmiyyətli hesab edilir.

Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələr artıq ikinci həftədir davam etdirilir. Keçən həftə başlayan açıq dinləmələrdə administrasiyanın keçmiş və hazırkı rəsmiləri və müşavirlər ifadə verir.

İmpiçment araşdırması ilə bağlı ictimaiyyətə açıq dinləmələr davam edir

Bu həftə dinləmələrin birinci günü vitse-prezident Mayk Pensin müşaviri Cennifer Vilyams və Milli Təhlükəsizlik Şurasında Ukrayna üzrə ekspert, polkovnik-leytenant Aleksandr Vindman, ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker və Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Tim Morrison Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində qanunvericilərin suallarını cavablandırıb.

ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondland, Pentaqon rəsmisi Lora Kuper və Dövlət katibinin yardımçısı Deyvid Heyl ifadə verir. Ağ Evin keçmiş müşaviri Fiona Hill və Dövlət Departamentinin rəsmisi Deyvid Holms isə açıq dinləmələrin bu həftə sonuncu günü olan cümə axşamı ifadə verəcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO