Trampın miqrant qaydası keçmədi – hakim əks qərar verdi – TƏHLİL - FOTO
ABŞ-ın federal hakimi çərşənbə günü Tramp Administrasiyasının 10 gün öncə miqrantların Birləşmiş Ştatlara gələrkən başqa bir ölkədən keçib, orada sığınacaq tələb etməyiblərsə, onların ABŞ-da sığınacaq ala bilməyəcəklərinə dair tətbiq etdiyi qaydasının qarşısını alan ilkin qərar verib.
Rakus.az xəbər verir ki, Şimali Kaliforniya dairəsinin federal hakimi Con Tiqar öz qərarında bildirib: “Konqres başqa ölkədə alternativ təhlükəsiz çıxış yolu olan miqrantların sığınacaq almalarının qarşısını almağa imkan yaradır, lakin onların həmin ölkədə dərhal zərər görməyəcəyi və təqib olunmayacağına dair zəmanətin olmasını tələb edir”.
Con Tiqar, federal hakim
O deyib ki, administrasiyanın öz inzibati göstəricilərilərində Meksikada sığınacaq rejiminin sığınacaq iddialarını nəzərdən keçirmək üçün tam və ədalətli prosedura malik olması barədə dəlil yoxdur.
Bundan öncə isə Vaşinqtonda federal hakim Timoti Kelli qaydanı blok etməkdən imtina edərək deyib ki, bu qaydaya etiraz edən miqrantların haqlarının müdafiə qrupları qaydanın miqrnatlara dərhal ziyan vuracağını sübut edə bilməyib.
Tramp administrasiyasının bu qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edəcəyi gözlənilir.
Prezident Trampın başlıca prioritetlərindın biri Mərkəzi Amerikadan Birləşmiş Ştatlara miqrant axınının qarşısını almaqdır.
Bu istiqamətdə o, sərhədə nəzarət sistemini gücləndirmiş və Meksika hökumətinə mühacirətin qarşısını almaq üçün təzyiq qoymuşdur.