Turistlərin ən çox getdiyi yerlər haradır?
Məşhur “Columbus Direct” dünyanın ən çox turist gedən yerlərinin siyahısını hazırlayıb.
İlk yerdə Taylandda yerləşən Phuket adası olub. Burada 1 kvadratmilə 5090 turist düşüb. Belə ki, il ərzində adanı 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist ziyarət edib.
İkinci yerdə isə İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı olan Palma-de-Mayorka dayanıb. Burada bir kvadratmilə 2918 turist düşüb.
Üçüncü yerdə isə yenə də Taylanddakı Pattayya adası dayanıb. Burada 1 kvadratmilə 2762 turist düşüb.
Siyahıda dördüncü yerdə Paris, beşincidə isə Barselona qərarlaşıb. Parisdə 1 kvadratmilə 1174, Barselonada isə 605 turist düşüb.
Siyahının davamında isə Kuala-Lumpur, Milan, Osaka, Sinqapur, Nyu-York yer alıb.
Taylandın paytaxtı Banqkok 2018-ci ildə dünyanın ən çox turist gedən şəhəri olub. Bir il ərzində şəhər turizimdən 20,03 milyard dollar qazanıb.