Elm və təhsil 07.06.2024 17:48

Türkdilli dövlətlərin yazarları ilə yaddaqalan görüş - FOTO

Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsində yaddaqalan tədbir keçirilib.

Tədbirdə qəsəbə sakinləri ilə bərabər Türkiyə, Özbəkistan, İsveç və Cənubi Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Məqsəd Türk dünyası yazarlarının, mədəniyyət işçilərinin, mətbuatının bir araya gəlməsi və özbəkistanlı şairə Zilala Xalıqovanın Azərbaycan dilinə uyğunlaşdırılmış “Yalqız quş” kitabının təqdimatı olub.

Hələ 2022-ci ilin may ayında Avrasiya Sanat Kultur Adabiyyat Bilim Federasiyonunu (ASKEF) qardaş Türkiyənin Osmaniyyə bölgəsində təşkil etdiyi Kadırlı festifalında Azərbaycan nümayəndə heyəti ilə Özbəkistan nümayəndə heyəti arasında keçirilən görüş zamanı qərara alınmışdır ki, şairə Zilala Xaliqovanın “Yalqız quş”; şerlər və xatirələr kitabı Azərbaycan dilinə uyğunlaşdırılsın. Şair Şahməmməd Dağlaroğlu uyğunlaşmanı öz üzərinə götürmüşdür və Əli Vəliyev isə kitabın çap etdirilməsinə söz vermişdir. Nəhayət qardaş Özbəkistan Respublikası sənət adamlarının respublikamıza qonaq gəlməsindən istifadə edərək həm kitabın təqdimatı, həm də xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün tədbir təşkil etmək qərara alındı. Görüş yeri Rəsulzadə bələdiyyəsi seçilməsi də əsas şərtlərdən biri idi. Belə ki son illər burada dəfələrlə yazıçı və şairlərin görüşləri və maraqlı kitabların təqdimaı mərasimləri keçirilmişdi.

Tədbirdə Özbəkistandan şairə Zilala Xaliqova, şairə İbodat Xojanova, jurnalist, aktrisa Zamirə Bejimova, jurnalist Dildorə Abdullayeva, şairə, şərqiçi, kanonun mahir ifaçısı Sərvinaz Alimova, Türkiyədən əməkdar öyrətmən, şair Yaşar Aydınlık öz həyat yoldaşı ilı, Ümumdünnya Uyğur Yazarlar Birliyinin sədri, İsveç Yazıçılar birliyinin üzvü, İsveçdə sürgünlük həyatı yaşayan Abduşükür Muhamet Qumtur öz həyat yoldaşı ilə, Göyçə kökənli Güney Azərbaycanlı yazıçı, professor, iş adamı Nehir Akpolat iştirak edib.

Tədbiri Rəsulzadə bələdiyyəsinin sədrin Hümbət Hüseynov açaraq qonaqları salamlayıb. Türk xalqlarının birliyindən, onların ümumi tarixə, mədəniyyətə malik olmalarından, türkdilli dövlətlərin sürətlə bir-birinə yaxınlaşmasından, güclü iqtisadi əlaqələrin qurulmasından, Turanın artıq gerçək olmasından danışıb.

Tədbirdə AYB-nin üzvü, şəhid atası, şair Nizami Elyanar, AYB və AJB üzvü, şairə, yazıçı-publisist Sona İsmayılova, şair-publisist, “İsmayıllı xəbər” qəzetinin təsisçisi və baş redaktoru, İsmayıllı bələdiyyəsinin sədr müavini, “İsmayıllı yazarları” ədəbi-ictimai birliyinin sədri Şahməmməd Dağlaroğlu, araşdırmaçı Vüqar Abduyev, Əli Vəliyev, fizika müəllimi Vəli Vəliyev, şair Təbəkkül Nəsibov, ziyalı Vaqif Namazov, jurnalist-publisist, yazar, şərqiçi Samir Abdullayev, Natavan Ağayeva, Könül Vəliyeva iştirak ediblər.

Çıxış edənlər xalqlarımızın dostluğundan, belə görüşlərin vacibliyindən danışdılar və kitabın çap olunmasına görə əziyyəti keçən hər kəsə təlisistşəkkür ediblər. Zilala tədbir iştirakçılarına kitabın Azərbaycan dilinə uyğunlaşdırılmış imzalı nüsxələrini hədiyyə edib. Şairlər şerlərini oxudular, kanon ustası Sərvinaz Alimova isə Azərbaycan musiqilərini ifa edib və Azərbaycan dilində mahnılar oxuyub. Azərbaycan şairləri öz kitablarını imzalayaraq qonaqlara hədiyyə ediblər.

Şair Şahməmməd Dağlaroğlu Zilala Xalıqovaya Azərbaycan-Özbəkistan dosluq əlaqələrinin möhkəmləndirməsinə görə “İsmayıllı yazarları” ədəbi-ictimai birliyinin adından fəxri diplom təqdim edib.

Qonaqlara Azərbaycan bayrağı ilə birlikdə müxtəlif hədiyyələr təqdim ediblər. Hədiyyələrin hazırlanmasına görə Natavan Ağayevaya və Könül Vəliyevaya təşəkkür olunub.

Tədbirin sonunda xatirə şəkilləri çəkidirilib və bütün iştirakçılar bu tədbirin belə maraqlı və yüksək səviyyədə keçirilməsinə görə Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin işçilərinə və onun sədri Hümbət Hüseynova dərin minnətdatrlıqlarını bildiriblər.

Əli Vəliyev – qəsəbə sakini

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 07.06.2024 17:48
Türkdilli dövlətlərin yazarları ilə yaddaqalan görüş - FOTO
Təhlil / 07.06.2024 16:27
Ermənistanda təhdid edilən təhlükəsizlik – TƏHLİL
Siyasi, Təhlil / 06.06.2024 22:47
Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib - FOTO - VİDEO
Təhlil / 06.06.2024 12:38
İrəvanda Zəngəzur dəhlizi və Göyçənin təhvil verilməsi müzakirə edilir – ANONS
Mədəni, Sosial / 05.06.2024 22:35
“Göyçənin təbiəti Dədə Ələsgər kimi böyük şəxsiyyət yetişdirdi” - FOTO - VİDEO
Təhlil / 05.06.2024 15:51
Mirzə Cəlilə rəhmət oxutduran Baqrat – yada düşən Şeyx Nəsrullah – TƏHLİL
Maraqlı, Sosial / 05.06.2024 14:28
“Göyçədə qara zurnanın səsinə at oynayırdı” – Xətai Ələsgərlinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 04.06.2024 22:32
“Alban hökmdarları “Xaqan” adlanırdı, Sovet tarixçiləri “çar” sözü ilə əvəzləyib ” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 04.06.2024 19:07
“Beynəlxalq cəmiyyət “erməni mifinə” inanmağı dayandırıb” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 04.06.2024 17:45
“Məhərrəmin son mənzilinə uzanan cığırları heç vaxt ot basmayacaq” - FOTO
Gündəm, Mətbuat / 04.06.2024 00:03
Şəhid jurnalistlərin Kəlbəcərdə minaya düşməsindən 3 il ötür
Müsahibə / 03.06.2024 22:53
“Qərbi azərbaycanlılar tarixi torpaqlarımız uğrunda mübarizəni nəsildən-nəsilə ötürüblər” - FOTO - VİDEO
Sosial / 03.06.2024 13:06
Şəhid Niyazi Əsgərovun qəhrəmanlıq nümunəsi - FOTO
Mədəni / 01.06.2024 22:52
Qərbi Azərbaycan aşıq yaradıcılığı güneydə bu gündə yaşadılır - FOTO - VİDEO
Maraqlı, Sosial / 01.06.2024 12:00
“Global Media Group”un uşaqlarla bağlı “1 İyun” layihəsi - VİDEO
Elm və təhsil, Sosial / 01.06.2024 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Maraqlı, Sosial / 31.05.2024 22:16
“Erməni nazir dedi ki, yaxşı işi sizə yox, öz ermənilərimə verərəm” - FOTO - VİDEO
Təhlil / 31.05.2024 16:33
İŞİD-dən sonra Suriya – ABŞ, Rusiya və İranın PKK layihəsi – TƏHLİL
Elm və təhsil / 31.05.2024 13:56
Məhəbbətdən doğan şeir – “Böyük öndər”
Elm və təhsil, Sosial / 31.05.2024 12:39
“90 yaşım var, İrəvanı mütləq qarış-qarış gəzəcəm” – Rəfiqə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS
Siyasi / 30.05.2024 22:18
“Sameqrelo Respublikası”na erməni diasporu və millətçiləri dəstək verib - FOTO - VİDEO
Elm və təhsil / 30.05.2024 17:15
Şəhid jurnalistin 4-cü sinfi bitirən övladı: “Mənə atamın ətrindən vur ki…” - FOTO
Siyasi / 30.05.2024 15:35
Avropa Parlamentində qalmaqal – Xilas üçün “Change” formulu – TƏHLİL
Siyasi / 29.05.2024 21:28
Ərazisi Araqatsotn mərzliyinə verilərək izi itirilən Talin - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.05.2024 14:09
Prezidentin Xocalıdan Ermənistana və canilərə ismarışı – TƏHLİL
Siyasi, Sosial / 29.05.2024 13:33
Tarixi adları 43 ildə dəyişdirilən rayon – ANONS - VİDEO