Mətbuat 20.06.2019 16:39

“Türkiyə-Azərbaycan” jurnalı işıq üzü gördü - FOTO

Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycandakı aktual və əhəmiyyətli mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə bəyan etməyi hədəfləyən “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi çapdan çıxıb. “Türkiyə-Azərbaycan” jurnalının ilk sayında hər iki ölkə üçün maraqlı olan diplomatiyadan mədəniyyətə, idmandan iqtisadiyyata geniş bir sahədə vacib xəbərlər əhatə olunmaqla yanaşı, bir sıra şəxslərin məqalələri və müsahibələri də dərc olunub.

Rakus.az xəbər verir ki, Jurnal Diasporla İş üzrə Dövlət Komitəsinin maddi və informasiya dəstəyi ilə çap olunub.

Türkiyə və Azərbaycanın birgə səsi olan jurnalın ilk nömrəsi bir sıra tanınmış dövlət və ictimaiyyət nümayəndələrinə təqdim edilib.

Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Kasapoğlu jurnalın ilk buraxılışını diqqətlə nəzərdən keçirib və “Türkiyə Azərbaycan” jurnalının iki ölkəyə də xeyirli olmasını arzulayıb. Növbəti nömrədə özünün də məqaləsinin yer alması təklifinə müsbət yanaşıb.

Türkiyə Respulikasının Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq da “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsini böyük həvəs və maraqla qarşılayıb, jurnalın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev də jurnalın fəaliyyətini son dərəcə yüksək dəyərləndirib və sərf edilən əməyin çox qiymətli olduğunu qeyd edib.

Türkiyədə təhsil alan xarici tələbələr və fəaliyyət göstərən diplomatlar da jurnalı maraqla qarşılayaraq, gələcək fəaliyyəti ilə bağlı xoş arzular bildiriblər.

Jurnalın ilk nömrəsi Türkiyə, Azərbaycan və beynəlxalq təşkilatların yüksək səlahiyyətli nümayəndələrinin müsbət rəylər ilə nəşr olunub.

Jurnal Türkiyə və Azərbaycanda, eləcə də hər iki ölkənin diasporunun olduğu digər ölkələrdə pulsuz paylanacaq.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO