Təhlil 11.05.2019 08:14

Türkiyə sürətlə geriyə doğru gedir – TƏHLİL

ABŞ Dövlət Departamentinin Türkiyənin Ali Seçki Şurasının İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi haqda qərar çıxarmasından sonra açıqladığı bəyanatda bildirilir ki, azad seçkilər demokratiyanın təməlini təşkil edir.

Rakus.az xəbər verir ki,  Birləşmiş Ştatları şəffaf seçkilərin Türkiyənin öz maraqlarına xidmət etdiyini bildirib. Bu həftə Türkiyənin Ali Seçki Şurası Prezident Rəcəb Tayyıb Ərdoğanın hakım Ədalət və İnkışaf Partiyasının ( AKP) müraciəti əsasında martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrni ləğv edib və seçkilərin yenidən keçirilməsınə dair qərar çıxarıb. ABŞ-da yaşayan jurnalist və təhlilçi İlhan Tanır Amerikanın Səsinin Amerika İcmalı proqramında müsahibədə Türkiyə Ali Seçki Şurasının İstanbul bələdiyyə seçkiləri ilə bağlı qərarı, Türkiyədə demokratiyanın durumu və ABŞ-ın reaksiyasından danışıb.

İlhan Tanır son qərarın son illərdə Türkiyədə demokratiya üçün ən ağır zərbə olduğunu və Türkiyənin azadlıqlar baxımından sürətlə geriyə getdiyini göstərdiyini bildirib. “İndiyə qədər ən azından Türkiyədə seçkilərdə bir problem yaşanmırdı, seçkilərin tanınmasında problem olmurdu. Türkiyədə xüsusilə də son 3-5 ildə ədalətli və bərabər seçkilər keçirilməyib, amma ən azından seçkilərin nəticələri qəbul edilirdi. Lakin 6 may tarixində Ali Seçki Şurasının açıqladığı həmin qərarla artıq ilk dəfə tarixdə səsverməyə çox böyük bir zərbə endirilmiş oldu.”

Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının Ali Şeçki Şurasına İstanbulun 39 dairəsində seçkilər, eləcə də keçən il keçirilən prezident və parlament seçkilərinin nəticələrinin ləğv edilməsi haqda müraciətini şərh edən İlhan Tanır müxalifətin təyin olunmuş yeni seçkilərə tam qüvvə ilə hazırlıqlara başladığını deyib. Lakin onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan bütün siyasi və iqtisadi resursları İstanbula səfərbər etməyə başlayıb.

“Müxalifət partiyaları 31 martda seçkilərdə qələbə qazandıqları üçün onlarda özünə inam var və onlar yenidən qələbə əldə edəcəklərini düşünür. Bunun həqiqətən də baş verib-verməyəcəyini görəcəyik. Bu dəfə İstanbul nə qədər böyük bir şəhər olsa da, Ərdoğan bütün dövlət resurslarını, hər şeyi, bütün nazirliklər, bütün iqtisadiyyatı ilə İstanbula səfərbər edəcək və İstanbula çox böyük diqqət verəcək. Verilən xəbərlərə görə, İstanbulun 39 dairəsini hər birində mitinq keçirəcək, hər birində gedib çıxış edəcək. Buna görə də çox gərgin 5-6 həftə olacağını gözləyirik. İndidən nələrin olacağını demək mümkün deyil. 31 martda qələbə qazanan müxalifət partiyası “qurban” olduğu üçün, əldə etdiyi qələbə əlindən alındığı üçün yenidən seçilməsi gözlənilə bilər. Amma qarşımızda da 17 ildir seçkilərdə həmişə qalib olan bir partiya, bir prezident var. Buna görə də qarşıdan gələn həftələr İstanbuldakı inkişafları yaxından izləyəcəyik.”

İlhan Tanır bildirib ki, Amerika rəsmilərinin 31 mart seçkilərindən sonra verdikləri bəyanatda Türkiyəni seçki nəticələrinə hörmət etməyə çağırmalarına baxmayaraq, ABŞ Ali Seçki Şurasının İstanbulda seçkinin nəticələrinin ləğvi haqda qərarına “yumşaq”reaksiya göstərib. “Türkiyə hökuməti heç bir şəkildə tənqid edilməyib. Təzyiq haqda söz deyilməyib. Legitim seçkinin nəticələrinin qəbul edilməməsindən bəhs edilməyib. Sadəcə qeyd edilən `Amerikanın Ali Seçki Şurasının verdiyi qərarını diqqətə aldığı` olub. Ümumi cümlələrlə legitim seçkilərinin qəbul edilməsinin bütün demokratiyalar üçün vacib olduğu ifadə edilib. Amma Türkiyə müxalifətinin, Türkiyə demokratiyasının aldığı böyük zərbə müqabilində, böyük zərbəyə uyğun bir reaksiya verilməyib.”

İlhan Tanır beynəlxalq insan haqları və media təşkilatlarının son hesabatlarında Türkiyədə demokratiyanın zəifləməsi və media azadlıqlarına məhdudiyyətlərin artmasına diqqətin çəkildiyini qeyd edib. O, media və demokratik azadlıqlar, qanunun aliliyinin təmin olunmasının vacibliyini vurğulayıb. “Hüququn olmadığı, jurnalistlərin həbsdə olduğu, seçkilərin belə güvənli olmadığı ölkəyə heç bir qərb investoru gəlmir. Əslində, gəlmədiyini görürük. Türkiyəyə xarici investisiyalar sürətlə azalır. Türikiyənin hazırda adambaşına düşən gəliri 9 min dollara endi. Bu, 10-12 il əvvəlki orta gəlirə geri döndü. Sürətlə geri gedən bir Türkiyə var artıq. Buna görə də İstanbul, Ankara, Adana, Mərsin, Antalya – bütün bu böyük şəhərlərdə məğlubiyətin nəticəsi, bunun səbəbi rifahın və iqtisadiyyatın pisləşməsi ilə əlaqədardır.”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO