İdman 30.09.2024 11:40

Turnirin 3-cü tur XÜLASƏSİ: epizodlar, növbəti oyunlar, xallar və bombardirlər - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirinsonuncu, 3-cü turun oyunları keçirilib.

Rakus.az xəbər verir ki, oyunlar sentyabrın 26-27 və 28-də A, B, C, D qrupları üzrə 4 qarşılaşma olub.

Tennis Akademiyasında sentyabrın 26-da keçirilən ilk görüş saat 23:00-da D qrupunda AzTv ilə “Göyçə” arasında olub. Bu görüş hər iki komanda üçün liderlik uğrunda mübarizə xarakteri daşıyıb və göyçəlilər daha üstün oyun nümayiş etdirərək – 3:8 hesabı ilə qalib gəliblər.

Bakı Tennis Akademiyası

26 sentyabr

D qrupu

20:00 AzTV- “Göyçə” – 3:8

Qollar: Pərviz Həsənov 4, Anar Qasımov 2, Oruc Məmmədov 1, Aslan Bağırov 1 – (“Göyçə”)

Sərxan Musayev 1, Fərid Səttarzadə 1, Sadiq Nağıyev 1 (AzTv)

Hakimlər: Ramil Namazov, Vüsal Balaşov

xxx

Sentyabrın 27-də saat 19:00-da A qrupunda “Veteranlar” “Turan” ilə Zərifə Əliyeva adına parkın satadionunda görüşüb.

Əvvəlcə Anım günü ilə əlaqədar olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bu oyunda qalib müəyyən olunmayıb – 5:5.  Bununla “Turan” 2 top üstünlüyü ilə qrupunun lideri olub. “Veteranlar” isə ikinci yerdə qərarlaşıb.

Zərifə Əliyeva park stadionu

27 sentyabr

A qrupu
19:00 “Veteranlar” – “Turan” – 5:5

Qollar: Emin Qasımov 2, Raul Məmmədalıyev 2, İmaməddin Zeynalov 1 (“Ardanış”)

Fərid Əliyev 3, Orxan Qasımov 1, Rauf Həsənli 1 (“Turan”)

Hakimlər: Ramil Namazov, Vüsal Balaşov

xxx

Sentyabrın 28-də B qrupunda “Baku Ws” – “Gənclər 2020” ilə qarşılaşıb.

AFFA hakimləri Elgün Hüseynov və Vüsal Balaşov un idarə etdiyi oyun Bakı Tennis Akademiyasında saat 22:00-da başlayıb. Bu görüş nəticə baxımından böyük maraq doğurub. Daha inamlı oyun nümayiş etdirən gənclər yaşıl sahədən gülən tərəf və qrup lideri kimi ayrılıblar – 5:3. Bu qələbə həmçinin qrupun digər üzvü “Qoşabulaq” üçün turnirdə qalmaq şansı yaranıb. “Baku Ws” isə  turnirlə vidalaşmalı olub.

Bakı Tennis Akademiyası

28 sentyabr

III tur
B qrupu
22:00 Baku WS – “Gənclər 2020 – 3:5

Qollar: İlkin Kərimli 2, Emil Qurbanzadə 2, Ruslan Əliyev 1 – (“Cənclər 2020”)

Şahin Həbibov 2, Orxan Quseynov 1 – (Baku Ws)

Hakimlər: Elgün Hüseynov, Vüsal Balaşov

xxx

Bu oyunun ardınca saat 23:00-da C qrupunda AZƏRTAC – “Zəfər 44” qarşılaşması ilə ilə 3-cu tura yekun vurulub.

Bu matç da komandalar üçün həyəcan doğurub.  “Zəfər 44” bu görüşdə AZƏRTAC-ı meydandan məyus göndərib – 4-6.

Beləliklə, “Zəfər 44” növbəti mərhələyə adlayaraq “Göyçə”ni rəqibi olub. AZƏRTAC isə turnirlə vidalaşıb.

Bakı Tennis Akademiyası

28 sentyabr

III tur
B qrupu
23:00 AZƏRTAC – “Zəfər 44” – 4:6

Qollar: Murad Fərzəliyev 3, Fərrux Mahmudov 1, Ramin Teyyubov 1, Asif Məmmədov 1 – “Zəfər 44”

Əlibaba Abdullayev 2, Roman İsmayılov 1, Pərvin Əbilov 1 – (AZƏRTAC)

Hakimlər: Elgün Hüseynov, Vüsal Balaşov

Beləliklə, 3-cü turun sonunda 4 komanda – “Report”, “Nərimanlı”, Baku Ws və AZƏRTAC turnirlə vidalaşıb.

TURNİR CƏDVƏLİ

OYUNLARIN CƏDVƏLİ

5 oktyabr

4/1

A1-B2 – 19:00

A2-B1 – 20:00

C1-D2 – 19:00

C2-D1 – 20:00“

12 oktyabr

YARIMFİNAL

A1-B1 – 21:00

C1-D1 – 22:00

18 oktyabr

19:00 – 3-cü yer

20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma

BOMBARDİRLƏR CƏDVƏLİ

Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və  oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi B1-in qalibi ilə, C1-in qalibi D1-in qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO