Siyasi 12.06.2024 22:24

Üçkilsəni ermənilər necə Eçmiədzin etdilər? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilər tərəfindən zaman-zaman azərbaycanlı əhalisi sıxışdırılaraq çıxarılan və ağır mərhumiyyətlərə düçar edilən Üçkilsə rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İrəvan xanlarının əlamətdar günlərini keçirdiyi Üçkilsə” adlı süjetdə sin iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən, soydaşlarımızın məşəqqətlərə məruz qalmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Karbibasar mahalında, şərqdən Göyçə gölü, şimaldan Alagöz, cənubdan Ağrı dağı ilə sərhədi olan Ağrı vadisində, qədim İrəvan şəhərinin yaxınlığında yerləşən Üçkilsə rayonunun adı IV əsrdə, yəni 303-cü ildə tikilən məbədin adı əsasında yaranıb. 1502-1827-ci illərdə İrəvan xanlığının inzibati ərazi bölgüsünə daxil edilib. 1827-ci ildə Çar Rusiyası tərəfindən işğal edilən, etnik tərkibi əsasən azərbaycanlılar olan bu məkana 1828-1830-cu illərdə  İranın Xoy və Salmas vilayətlərindən, Türkiyənin Van, Sasun, İğdır, Sürməli vilayətlərindən ermənilər köçürülüb. 1918-ci ildə erməni-daşnak quldur dəstələri tərəfindən Üçkilsədə  əksər yaşayış məntəqəsi yerlə yeksan edilib, minlərlə əhali qırılıb və etnik ərazilərindən qaçqın düşüb. 1918-1919-cu illərdə rayondakı azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulub.

Diqqətə çatdırılır ki, Üçkilsə kimi tanınan bu rayonun adı 1930-cu il sentyabrın 9-da rəsmən dəyişdirilərək Vağarşabad adlandırılıb və 1938-ci ildə respublika tabeli şəhər satatusu verilib. 1945-ci il martın 12-dən isə adı yenidən dəyişdirilərək Eçmiədzin qoyulub.1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan 52 kəndd sırf azərbaycanlılar yaşayıblar. 1948-1953-cü illərdə bu ərazidə yaşayan azərbaycanlılar deportasiyaya edilib. Azərbaycanlıların ata-baba yurdlarından qovulmasının növbəti yeni mərhələsi 1950-ci illərin sonlarından başlayıb və 1988-ci ildə sona çatıb. Bundan sonra Üçkilsə rayonu üzrə 50 tarixi yer adları dəyişdirilib. 1995-ci ildə Üçkilsə rayonunun ərazidi Armavir mərzliyinə daxil edilib.

Sonda vurğulanır ki, oğuz-türklərinin qədim yaşayış məskəni olan, İrəvan xanlarının əlamətdar günlərini keçirdiyi Üçkilsə rayonu da ermənilərin əsarətinə düşüb: “Lakin Qərbi Azərbaycanın bütün əhalisi kimi, Üçkilsə bölgəsinin sakinləri də ata-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 12-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO