İdman 12.04.2019 09:24

UEFA AL-nın 1/4 final mərhələsinə start verildi - VİDEO

UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start verilib.

Rakus.az xəbər verir ki, mərhələnin maraq doğuran oyunu “Emireyts” stadionunda baş tutub. İngiltərənin “Arsenal” komandası doğma azarkeşlər önündə İtaliyanın “Napoli” komandasını qəbul edib.

Görüş “Arsenal” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Londonlular hesabı 15-ci dəqiqəsində açıb. Aron Remzi qapıya dəqiq zərbə vurub – 1:0. Qoldan on dəqiqə sonra meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Lukas Toreiranın uzaq məsafədən vurduğu zərbə neapolluların müdafiəçisi Kalidou Kulibalinın ayağına dəyərək qapıdan keçib – 2:0.

Fasilədən sonra hesab dəyişilməyib. “Arsenal” “Qarabağ”la birgə yer aldığı E qrupunu lider kimi başa vurub. Neapollular isə Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi gəliblər.

Günün digər maraq doğuran oyununda İspaniyanın iki komandası üz-üzə gəlib. “Vilyarreal” öz meydanında “Valensiya”nı qəbul edib. Görüş 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Onların heyətində Qoncalo Quedes (6, 90) və Daniel Vas (90) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunun müəllifi 36-ci dəqiqədə Santi Kazorla olub.

İspaniyanın şərqində yerləşən qonşu şəhərlər arasındakı məsafə 60 kilometrdir. Bu komandalar 2003-2004-cü illər mövsümündə UEFA Kubokunun yarımfinalında üz-üzə gəliblər. Həmin vaxt səfərdə qolsuz heç-heçə edən “Valensiya” evdə Mistanın penalti qolu ilə finala çıxıb. Daha sonra “yarasalar” Fransa “Olimpik”ini üstələyərək, turnirin qalibi olub.

Turnirin favoritlərindən sayılan İngiltərənin “Çelsi” komandası səfərdə Çexiyanın “Slaviya” klubunun qonağı olub. “Çelsi” 1:0 hesabı ilə qələbə qazanıb. Londonluların yeganə qolunu 86-ci dəqiqədə Markos Alonso vurub.

Praqalılar ötən mərhələdə turnirin son qalibi İspaniya “Sevilya”sını mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıblar. “Slaviya” bu mövsüm öz meydanında uduzmayıb. “Çelsi” isə ümumiyyətlə, məğlubiyyət acısı yaşamayıb.

Günün ən çox qol vurulan görüşü Portuqaliyada qeydə alınıb. “Benfika” Almaniyanın “Ayntraxt” klubunu qəbul edib. Altı qol vurulan görüşdə portuqaliyalılar üstün olub – 4:2.

Lissabon təmsilçisi də Avroliqaya UEFA Çempionlar Liqasında qrup üçüncüsü kimi qoşulub. Daha sonra “qartallar” onaltıdabir finalda Türkiyənin “Qalatasaray” klubunu, səkkizdəbir finalda isə Xorvatiyanın “Dinamo Zaqreb” klubunu üstələyiblər. “Ayntraxt” isə Avroliqanın qrup mərhələsindəki 6 oyunun hamısından qalib ayrılıb. Daha sonra Frankfurtun komandası Ukrayna “Şaxtyor”u və İtaliya “İnter”ini üstələyib. İki komanda ilk dəfə qarşılaşıb. Onların arasında cavab görüşləri aprelin 18-də olacaq.

Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO