İdman 30.04.2021 19:00

UEFA klublar üçün fərqli formatda yarış keçirəcək

UEFA 2021/2022 mövsümündə klublar üçün fərqli formatda yarış təşkil edəcək. Artıq klublar Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı, yeni yaradılan Konfrans Liqasında da yarışacaq.

Bəs Azərbaycandan hansı klublar hansı turnirdə yarışa biləcək?

Rakus.az xəbər verir ki, Oxu.Az bunu araşdırıb.

Çempionlar Liqası

Əvvəla, onu qeyd edək ki, Çempionlar Liqasının formatı Azərbaycan üçün dəyişməz qalıb. Yəni, Azərbaycan çempionu bu turnirin I təsnifat mərhələsindən başlayacaq. Hazırda bu yerə namizəd “Qarabağ” və “Neftçi”dir.  Digər altı komandanın sona dörd tur qalmış Azərbaycan çempionu olmaq şansı yoxdur. Hazırkı durumda “Qarabağ” 50 xalla lider, “Neftçi” 47 xalla ikincidir.

Çempionlar Liqasının I təsnifat mərhələsi – “Qarabağ”/“Neftçi”

Avropa Liqası

Bu mövsüm birdən-birə Avropa Liqasında çıxış edəcək təmsilçimiz olmayacaq. Buna səbəb reytinqi aşağı olan ölkə təmsilçilərinə Konfrans Liqasında yer ayrılmasıdır. Yalnız Azərbaycan çempionu Avropa Liqasında mübarizə apara bilər. Bu da komandamız Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən mübarizədən kənarlaşdırıldığı təqdirdə baş tutacaq. Yəni, Azərbaycan çempionu Çempionlar Liqasında minimum bir mərhələ keçməlidir ki, uduzacağı halda Avropa Liqasının III təsnifat mərhələsində mübarizə apara bilsin.

Konfrans Liqası

Yeni yaradılan liqada Azərbaycanın üç komandası mübarizə aparacaq. Bunlar Azərbaycanın gümüş və bürünc mükafatçıları və ölkə kubokunun qalibi olacaq. Həmçinin kubokun qalibi bürünc mükafatçı olacağı halda, Azərbaycan çempionatının dördüncüsü də bu yarışda iştirak edə bilər. Əvvəla, onu bildirək ki, bu yerə namizədlərin sayı bütün səkkiz klubdur. Çünki nəzəri olaraq, hətta sonuncu “Səbail”in belə bürünc medal qazanmaq şansı qalmaqdadır.

Ancaq biz faktiki duruma baxacağıq. Hazırda “Qarabağ” və ya “Neftçi”dən biri gümüş medal qazanacaq. Bürünc medallar isə xalları eyni olan “Sumqayıt” və “Zirə”dən birinə nəsib olacaq. Mayın 24-də isə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək. Bu isə ya “Keşlə”, ya da “Sumqayıt” olacaq. Deməli, “Zirə”, “Sumqayıt” və “Keşlə” arasında avrokuboklara düşmək üçün gərgin mübarizə gedəcək.

Əgər mayın 19-da keçiriləcək sonuncu turdan sonra “Zirə”nin bürünc medal qazanması rəsmiləşəcəksə, kubokun qalibi Konfrans Liqada iştirak edəcək dördüncü komanda ünvanına sahib çıxacaq. Əgər “Sumqayıt” bürünc medallara yiyələnəcəksə, o zaman “Zirə”nin taleyi kubokun final matçından asılı olacaq.  Bunun üçün “Zirə” “Sumqayıt”ın qələbəsi ilə Azərbaycan çempionatının dördüncüsü kimi avrokuboklara qatılmaq istəyəcək. Əks halda, “Keşlə” növbəti dəfə Azərbaycan Kubokunu qazanıb, Konfrans Liqasında mübarizə aparacaq.

Konfrans Liqasının I təsnifat mərhələsi – “Qarabağ”/“Neftçi”, “Sumqayıt”/“Zirə”/“Keşlə”

Qeyd edək ki, ötən mövsüm Azərbaycanı avrokuboklarda “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” təmsil edib. Komandalar pandemiya səbəbindən yarımçıq qalmış çempionatda son turnir cədvəlindəki yerlərinə əsasən müəyyənləşdirilib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO