Ukraynada hücuma məruz qalan jurnalist ölüb
Ukraynanın mərkəzi Çerkası şəhərində araşdırmaçı jurnalist naməlum şəxsin hücumundan altı həftə sonra vəfat edib.
Rakus.az xəbər verir ki, Ukrayna Jurnalistlərinin Milli Birliyinin rəhbəri Serhiy Tomilenko iyunun 20-də Facebook-da yazıb ki, Vadim Komarov mayın 4-də aldığı yaralardan dünyasını dəyişib. Jurnalistə qarşı hücum araşdırılır.
“Çerkasıdakı jurnalistlər bu hücumun, indi isə qətlin əsas səbəbini Vadim Komarovun peşəkar fəaliyyəti ilə əlaqələndirirlər. O, bir çox yerli siyasətçiləri rahatsız edirdi. Çerkasıdakı korrupsiya ilə bağlı narahtedici suallar verirdi”, – Tomilenko yazıb.
Onun sözlərinə görə, jurnalistlər birliyi “Ukrayna jurnalistlərinin hüquqlarının sözdə deyil, əməldə qorunmasını tələb etməkdədir”.
Komarov Kiyevdən 200 km cənubda yerləşən Çerkasıda hücumdan sonra əməliyyat olunub, o vaxtdan komada idi.
Beynəlxalq media azadlığı təşkilatları Kiyevi hücumu hərtərəfli araşdırmağa, cinayətkarın cəzasız qalmamasını təmin etməyə çağırıb.