Siyasi 18.04.2019 14:45

UKRİNFORM-da məqalə dərc olundu - FOTO

Ukraynanın dövlət informasiya agentliyi olan UKRİNFORM-da Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, onun rəhbərliyi ilə həyata keçirilən islahatlara dair məqalə dərc edilib.

Rakus.az xəbər verir ki, müəllifi Emil Hüseynli olan məqalədə Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından bəhs edilir. Qeyd olunur ki, Azərbaycan əhalisinin sayının artması Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ölkədə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yüksəlməsinin nəticəsidir. Son 15 il ərzində əhali 1,7 milyon nəfər artıb. Bu, onu göstərir ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur.

Müəllif daha sonra yazır: “Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Bütün bunlar hakimiyyətlə xalq arasında qarşılıqlı etimadın mövcudluğunu sübut edir. Qarşılıqlı inam ölkədə stabilliyin qorunmasına gətirib çıxarıb”.

Müəllif vurğulayır ki, bu günlərdə Fransanın “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində aparılan rəy sorğusuna görə, respondentlərin 90,5 faizi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları müsbət qiymətləndirib. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirir və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Bunun nəticəsi olaraq, ümumilikdə, üç milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Ölkədə getdikcə dərinləşən islahatlar iqtisadi və sosial sahələrin inkişafına təkan verməklə yanaşı, demoqrafik proseslərin idarə edilməsində də mühüm rol oynayır, ona birbaşa və ya dolayısı ilə öz müsbət təsirini göstərir. Son 15 ildə Azərbaycan modernləşərək fərqli idarəçilik sisteminə çevrilib. Siyasi, iqtisadi, idarəçilik sahələrində uğurlu islahatlar paralel aparılıb.

Ortada isə yeni təşəbbüslər var – böyük layihələr, sosial, iqtisadi islahatlar. Bütün bunlar göstərir ki, Azərbaycan inkişaf yolundadır, dünyada gedən ağır iqtisadi, siyasi proseslər fonunda ölkə nəinki özünü qoruya bilir, hətta bir çox dövlətlərə örnək ola biləcək nəticələrə malikdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO