Maraqlı 11.12.2020 17:00

Ulaqlar 6 min il əvvəl Şimali Afrikada əhliləşdirilib

Yüzdən çox ulağın və onların yeddi vəhşi həmcinsinin genlərinin oxunmuş şifrəsinin analizi təsdiq edib ki, bu heyvanlar təqribən altı min il əvvəl Şimali Afrikada əhliləşdirilib. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.

Rakus.az xəbər verir ki, bu heyvanların mitoxondrial DNT-nin tədqiqi onların iki xüsusiləşmiş qrupu olduğunu göstərir. Tam genomun analizi isə onların ümumi əcdadının təqribən altı min il əvvəl Afrikanın şimalında yaşadığını təsdiqləyir.

Ənənəvi olaraq hesab edilir ki, insanlar vəhşi eşşəkləri ilk dəfə təqribən altı min il əvvəl Şimal-Şərqi Afrikada əhliləşdiriblər. Onların əcdadları Afrika vəhşi eşşəkləri (Equus africanus) olub və təxminən indiki Somalinin ərazisində yaşayıb.

Əhliləşdirilmiş ulaqlar regionda sürətlə yayılaraq Misirdə Qədim Padşahlığın tərəqqisi dövründə əhalinin həyatına daxil olub. Ondan həm yük heyvanı, həm də ət və süd mənbəyi kimi istifadə edilib.
Son illər belə bir fikir yaranıb ki, ulaqlar ilk dəfə olaraq Afrikanın mərkəzi regionlarında əhliləşdirilib.

Alimlər orada ən qədim dövrə aid ulaq qalıqları aşkar ediblər. Bu tapıntı mübahisələr doğurub. Çin Elmlər Akademiyası Zoologiya İnstitutunun professoru Dundun Unun rəhbərliyi ilə bir qrup genetik bu suala cavab tapıb. Onlar tədqiqat zamanı 120-dən çox əhliləşdirilmiş ulaq və onların yeddi vəhşi həmcinsinin genomlarını öyrəniblər. Somalidəki vəhşi eşşəklərdən (Equus africanus somaliensis) başqa, onların arasında qulanlar və kianqlar da olub.

Alimlər bu canlıların şifrəsi oxunmuş genlərini müqayisə edərək onların DNT-də ümumi kiçik mutasiyaların nə qədər çox olduğunu aydınlaşdırıblar. Bu göstəricilərə əsasən genetiklər eşşəklərin təkamül ağacını quraraq onların nə zaman və harada meydana gəldiyini müəyyənləşdiriblər.

Məlum olub ki, əhliləşdirilmiş eşşəklərin hamısını üç qrupa ayırmaq olar. Bu qrupların hər birinin nümayəndələri müxtəlif regionlarda – tropik Afrikada, Şimali Afrikada və Avrasiyada, habelə Avstraliyada olub. Bütün bu qruplar öz aralarında bir-biri ilə genetik bağlıdır və mənşələri Şimali Afrikaya – hazırda Somalinin vəhşi və Nubiya eşşəklərinin (Equus africanus africanus) olduğu yerə gedib çıxır.

Genetiklərin hesablamaları göstərir ki, bu regionun sakinləri eşşəkləri altı min il əvvəl əhliləşdiriblər.

Bundan başqa, alimlər bütün vəhşi eşşəklərin dərisinin açıq-boz, əhliləşdirilmiş eşşəklərin qəhvəyi və ya qara rəngdə olması səbəbini izah ediblər. Bu, bütün əhliləşdirilmiş eşşəklərdə TBX3 genində “nöqtə” mutasiya ilə bağlı olub. Həmin gen təkdırnaqlıların dərisində piqmentin bərabər paylanmasına “cavabdehdir”.

Əhliləşdirilmiş eşşəklərin DNT-də bu “möhürün” necə yaranmasını genetiklər hələ ki, izah edə bilmir. Lakin onun mövcudluq faktı, habelə hazırda erkək və dişilər arasında digər genetik fərqlər onların əcdadlarının uzun və mükəmməl seleksiyaya məruz qaldığından xəbər verir. Bu, onu göstərir ki, eşşəklər qədim insanların həyatında mühüm rol oynayıb, onlar “ikinci növ at” hesab edilib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO