Sosial 28.12.2023 11:37

Ulu Göyçənin Bala Məzrəsi – QISA TARİX

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə Bala Məzrə kəndi Göyçə gölünün şərq hissəsini əhatə edən və Cümhuriyyətin mübahisəsiz ərazisi sayılan Göyçə dairəsinin tərkibində idi.

Bala Məzrə kəndi Basarkeçər şəhərindən 6 kilometr şimalda, Göyçə gölünün cənub- şərq sahilində, Məzrə düzənliyində yerləşir.  1960-cı illərin ortalarında kəndin şimal hissəsində yeni məktəbin tikintisi zamanı və 1970-ci illərin əvvəlində  bu ərazinin yaxınlığında təsərrüfat işləri zamanı tapılan küp qəbirlər, müxtəlif məişət və zinət əşyaları eramızın birinci minilliyinin əvvəllərində Bala Məzrə kəndində ilk türk tayfalarının məskunlaşmasından xəbər verir. 1938-ci illərdə Bala Məzrə kəndində arxeoloji qazıntılar aparan erməni arxeoloqları da buradakı Alban məbədinin VII-VIII əsrlərə, onun ətrafındakı qəbristanlıqdakı daş kitabələrin isə eramızın IV əsrlərinə və türk kultuna aid olduğunu etiraf ediblər.

Bu qəbirstanlıqdakı daş sənduqələrin əksəriyyəti 1938-ci ildə İrəvana aparılsa da, həmin illərdə çəkilmiş fotolardan onların üzərindəki şəkillər və yazılar bu kəndin köklü sakinlərinin islamaqədərki mədəniyyəti, məişəti, adət-ənənəsi haqqında əvəzsiz tarixi məlumatlar çatdırır.  Xüsusən də bu sənduqələrdən bir neçəsinin üzərindəki saz çalan insan təsvirləri hələ erkən orta əsrlərdə bu yerlərdə aşıq-ozan sənətinin mövcudluğundan xəbər verir.

1970-ci illərin əvvəlində Bala Məzrə və Böyük Məzrə kəndlərinin arasında, Məzrə çayının sağ sahilindəki kurqanda Azərbaycan və Ermənistan Akademiyalarının Arxeologiya İnstitutlarının əməkdaşlarının  birgə apardığı qazıntılar zamanı burada aşkar edilən məzarın Alban şahzadələrindən birinə məxsus olması təsdiqləndi. Bu tapıntı Göyçə ərazisinin, eləcə də Məzrə düzənliyinin Qafqaz Albaniyasının əhəmiyyətli bölgələrindən biri olması faktını təsdiqlədi.

Bala Məzrə kəndində 1988-ci ilə- sonuncu deportasiyaya qədər əhali arasında kökləri şamanizm inancına söykənən müqəddəs dağ kultunun, sehrli daşla yağış yağdırma adətinin, eləcə də bəzi ayinlərdə, and və dualarda onun islama transformasiya olunmuş izlərinin qorunub saxlanması kəndin minillərlə ölçülən qədim tarixindən xəbər verir.

Bala Məzrə kəndi haqqında məlumat verilən ilk tarixi sənəd 1555-ci ilə aiddir.  Səfəvilər dövlətinə aid bu  sənəddə kənd Məraq adı ilə Səfəvi Azərbaycan dövlətinin Qarabağ bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi göstərilir. 1723-cü ildə Göyçə mahalı  Osmanlıların nəzarətinə keçdikdən sonra yaradılmış yeni  inzibati bölgüyə  görə Məraq İrəvan əyalətinin Məzrəə nahiyəsinin ərazisində  olan kəndlərdən biri olub. 1728-ci il aprelin 12-də Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış “İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində bu barədə müvafiq qeydlər aprılıb.  Bu qeydlərdə kəndin sultan xəzinəsinə illik vergisinin 4127 ağça həcmində müəyyənləşdirildiyi göstərilib.

İrəvan xanlığının 1800-cü ilə aid vergi sənədlərində isə kənd “başqa bir adı Məraq olan Bala Məzrə kəndi” kimi göstərilib.

1826-1829-cu illərdə baş vermiş Rusiya-İran, Türkiyə-Rusiya müharibələri zamanı Bala Məzrə kəndi  ciddi  xətər almayıb  və yeni yaradılan erməni vilayətinin idarəçiliyinə verilib.  Sənədlərdə Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin siyahısında 51-ci sırada Bala Məzrə kəndi qeyd olunub.

Rəsmi məlumatlara görə, 1831-ci ildə Bala Məzrənin sırf türklərdən ibarət əhalisinin sayı 272 nəfər olub. 1873-cü ildə isə kənddəki 83 evdə 675 nəfər yaşayıb. 1897-ci ildə bu göstərici 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731 nəfər olub. XIX əsrin sonu və  XX əsrin əvvəllərində Bala Məzrədə əhalinin  sürətlə çoxalması bir tərəfdən təbii artımla əlaqədar olsa da, digər tərəfdən əverişli coğrafi şəraitinə görə kəndə başqa bölgələrdən də köçənlərin olması ilə bağlı idi. Köçənlər əsasən ətraf mahalların ermənilərlə məskunlaşdırılması zamanı Göyçə gölünün qərb sahillərindən və Şəmşəddil ərazisindən gələnlər idi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə Bala Məzrə kəndi Göyçə gölünün şərq hissəsini əhatə edən və Cümhuriyyətin mübahisəsiz ərazisi sayılan Göyçə dairəsinin tərkibində idi. 1919-cu ilin aprelində  erməni -daşnak qoşunlarının Göyçəyə  hücumu zamanı Bala Məzrə əhalisinin demək olar ki, yarısı məhv edildi, kənd isə tamamilə yandırıldı. Əhalinin salamat qalan hissəsi Gədəbəy və Kəlbəcər ərazisinə qaçmağa məcbur oldu. Yalnız Azərbaycanda və indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra türk əhalinin sağ qalanları kəndə qayıda bildilər. 1922-ci il martın 12-də Azərbaycan, Gürcüstan və Ermənistanın Mərkəzi İcrayə Komitələrinin səlahiyyətli konfransının təsdiq etdiyi ittifaq müqaviləsinə əsasən Qərbi Zəngəzur və Dərələyəz mahalları kimi Göyçə dairəsi də  Ermənistana verildi. Həmin dövrdə Bala Məzrə kəndində  359 nəfər yaşayırdı. Ancaq sonrakı illərdə də kənd əhalisinin doğma yurd-yuvasına qayıdışı davam etdi. Belə ki, 1926-cı ildə burada 653, 1931-ci ildə isə 912 nəfər yaşayırdı.

1926-cı ildə xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi zamanı Türkiyədən köçürülənlərin bir qisminin Bala Məzrə və Böyük Məzrə kəndlərində yerləşdirilməsi planlaşdırılmışdı. Ermənistan hökuməti Böyük Məzrədə erməni əhalini kəndin yanından keçən Məzrə çayının sol sahilində yerləşdirməyə nail olsa da, Bala Məzrə kəndinin əhalisinin ciddi etirazından sonra kənddən 1 kilometr aralıda yeni kənd salındı və erməni əhali orada məskunlaşdırıldı. Beləliklə, əsasən Bala Məzrə, qismən isə Göysu və Şişqaya kəndlərinin tarixi əkin torpaqlarında yeni erməni kəndi- Norakert yaradıldı.

1930-cu il sentyabrın 9-da Ermənistan ərazisinin rayonlaşdırılması zamanı  Basarkeçər rayonu yaradılarkən  kəndin adı “sovet mədəniyyətinə uyğun qaydada” dəyişdirilərək rəsmi sənədlərdə Kiçik Məzrə kimi yazılmağa başlandı.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 №-li qərarı Bala Məzrə kəndinin də taleyinə təsirsiz ötüşmədi.  1948-53-cü illərdə kənd əhalisinin bir hissəsi “könüllülük prinsipinə əsasən”  Azərbaycan SSR-ə köçürüldü.  Deportasiyaya məruz qalanlar əsasən Gədəbəy, Göygöl və Bərdə rayonlarının müxtəlif kəndlərində pərakəndə şəkildə, yalnız Tərtər rayonunun Təzəkənd və Cəmilli kəndlərində nisbətən kompakt şəkildə məskunlaşdılar.

1978-ci il yanvar ayının 25-də   Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Basarkeçər rayonunda bir çox kəndlərin tarixi adı dəyişdirildi. Bala (Kiçik) Məzrə kəndinin adı da erməni dilinə tərcümə edilərək Pokr Mazra oldu.

Azərbaycanlı əhalinin öz doğma yurdlarında yaşadığı dövrdə, 1979-cu ildə aparılmış son rəsmi siyahıyaalmanın nəticələrinə görə 290-a yaxın ev olan Bala Məzrə kəndində əhalinin sayı 1973 nəfər olub.

1988-ci il noyabrın 21-dən başlayaraq  erməni millətçiləri tərəfindən mühasirədə saxlanan Bala Məzrə kəndinin əhalisi müqavimət göstərsə də dekabrın 7-də güclənən təzyiqlər altında öz doğma kəndlərini tərk edib Azərbaycana köçməyə məcbur oldular. Bala Məzrəlilər kompakt  şəkildə əsasən Gəncə, Göygöl, Şəmkir, Tərtər, Daşkəsən və Bakıda məskunlaşıblar. Ermənistan parlamentinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Bala Məzrə toponimi “Pokr Masrik” ilə əvəzlənib.

Qarabağdakı tarixi Zəfərimizdən sonra, 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan İcmasının yaradılması, Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu məsələni dövlət siyasəti səviyyəsinə qaldırması, eləcə də  bu icmanın tərkibində Basarkeçər və Bala Məzrə icmalarının yaradılması dəfələrlə doğma kəndlərindən deportasiya olunmuş, ancaq yenə də öz ata-baba yurdlarına geri dönmüş kənd camaatının yenə də öz doğma ocaqlarına dönüşünə inamı artırıb.

Füzuli Sabiroğlu – Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü

XƏBƏR LENTİ
Siyasi / 28.12.2023 13:15
Zəngəzur Ermənistandan ayrılacaq? – ANONS
Sosial / 28.12.2023 11:37
Ulu Göyçənin Bala Məzrəsi – QISA TARİX
Dünya, Təhlil / 28.12.2023 09:36
Dünya keçmiş sovetin mirası olan PKK-nı niyə yaşadır? – TƏHLİL
Gündəm, Siyasi / 27.12.2023 19:55
Anadoludan köçürülən ermənilər Çəmbərəyə necə yerləşdirilib? - FOTO - VİDEO
Maraqlı, Siyasi / 27.12.2023 13:27
Çəmbərəyin Azərbaycandan qoparılma müəmması – ANONS - VİDEO
Dünya, Təhlil / 27.12.2023 10:32
Qərbin Serbiyada “rəngli inqilab” ssenarisi – TƏHLİL
Siyasi / 26.12.2023 21:07
“Basarkeçərdə erməni vandalizmi” - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.12.2023 19:19
“Ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq” – MÜSAHİBƏ - VİDEO
Elm və təhsil, Maraqlı / 26.12.2023 14:01
Antropoloq Yeviya Hovanesyanın etirafı – ANONS
Müsahibə, Video müsahibə / 26.12.2023 12:29
“Sayat Nova Azərbaycan dilində daha çox şeir yazıb” – ANONS - VİDEO
Mədəni / 26.12.2023 12:01
Növrəs İman möcüzəsi – 120 illik yubiley mənzərəsi - FOTO
Müsahibə, Video müsahibə / 25.12.2023 21:16
“Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı”- MÜSAHİBƏ
Elm və təhsil, Mədəni / 25.12.2023 17:23
“Nakam Aşiq” kitabı çapdan çıxıb
Sosial / 25.12.2023 16:59
Əmirxeyir kənd icmasının təsis iclası olub - FOTO
Siyasi, Sosial / 24.12.2023 16:05
Qayabaşı kənd icmasının ilk iclası keçirilib
Hadisə, Mətbuat / 23.12.2023 21:04
Zəngəzurda azərbaycanlıların ən geniş məskunlaşdığı Qafan rayonu - FOTO - VİDEO
Elm və təhsil, İdman / 23.12.2023 10:00
Möhtəşəm bir gün – Xalqın Xankəndi sevgisi
Elm və təhsil, Gündəm, Video müsahibə / 22.12.2023 21:30
“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO
Dünya, Təhlil / 22.12.2023 16:37
İrəvan-Tehran dostluğu – Acın canı yalançının əlindədir – TƏHLİL
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS - VİDEO
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”
Siyasi, Sosial / 20.12.2023 12:54
Cəlaloğlu niyə Stepanavan oldu? – ANONS - VİDEO