Sosial 28.04.2019 10:14

Ümumdünya Əməyin Mühafizəsi günüdür

İşçilərin təhlükəsiz və sağlam əmək şəraiti təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi günü elan olunub. Hər il həmin gün üçün BƏT tərəfindən aktuallıq kəsb edən konkret mövzu müəyyən olunur. 2019-cu ildəki Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusu da “Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi”dir.

Rakus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, İstehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində hər il həyatını itirənlərin 2,3 milyondan çox olduğunu, peşə xəstəliyinə məruz qalanların sayının 160 milyonu ötdüyünü nəzərə aldıqda əməyin mühafizəsinin iş yerləri üçün vacib məsələlər sırasında olduğunu görərik.

Bu gün Azərbaycan da məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkədir.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq hələ 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Ulu öndərimizin tapşırıqları əsasında 1997-ci ildə ölkəmizdə vətəndaşların əmək, o cümlədən əməyin mühafizəsi hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb. 1999-cu ildə isə MDB-də ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun olan, əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərini də əhatə edən Əmək Məcəlləsi təsdiq edilərək qüvvəyə minib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti ölkə vətəndaşlarının səmərəli məşğulluq imkanlarının ildən-ilə artmasına şərait yaratmaqla, eyni zamanda, işçilərin təhlükəsiz və sağlam əmək şəraitdə çalışmasını nəzərdə tutan dövlət siyasətinin də güclənməsinə imkan verib. Bu sahədə ölkəmiz hazırda 100 illiyini qeyd edən BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Ötən dövrdə BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 21 Konvensiyasını) və bir protokolunu ratifikasiya edən Azərbaycanda milli qanunvericiliyin bu sənədlərə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm işlər aparılıb. Həmçinin əmək mühafizəsi ilə bağlı dolğun qanunvericilik bazası formalaşdırılıb. Əmək Məcəlləsində ayrıca bir fəsildə əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri əksini tapmaqla, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standartlarının, qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu qeyd edilib.

Ölkəmiz BƏT-in digər mütərəqqi təşəbbüsləri kimi, “Əməyin gələcəyi” təşəbbüsünə də fəal şəkildə qoşularaq, öz dəstəyini ifadə edir. Bu təşəbbüsə uyğun olaraq, Azərbaycanda milli dialoq formatında silsilə tədbirlər keçirilib. Tədbirlərdə demoqrafik vəziyyətin, miqrasiya proseslərinin, texnoloji inkişafın əmək bazarına təsiri, əmək sferasında baş verən dəyişikliklərə, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə, əmək bazarının gələcək inkişafına dair geniş müzakirələr aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, eyni zamanda, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunmasıdır. Vətəndaş müraciətləri obyektv şəkildə araşdırılaraq, aşkar edilmiş hüququ pozuntularının, eləcə də əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Digər tərəfdən, hazırda aparılan islahatların əsas istiqamətlərindən biri – işçilərin əmək hüquqlarının təminatı, habelə onların əməyinin təhlükəsizliyi və sağlamlığı vəziyyətinin öyrənilməsində obyektiv məlumatların əldə olunmasına imkan verən yeni elektron sistemin tətbiqi, bu sahədə effektiv nəzarət mexanizminin səmərəli təşkilidir.

Xidmət tərəfindən əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı Bakıda və respublikamızın bölgələrində işəgötürənlərin və işçilərin iştirakı ilə ardıcıl şəkildə maarifləndirmə tədbirləri də keçirilir. Bu tədbirlər çərçivəsində əməyin mühafizəsi normalarının, standartlarının, qaydaları, onların tətbiqi barədə ətraflı məlumatlar verilir, işəgötürənlərə bu sahədə metodiki köməkliklər göstərilir.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO