Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur
Bu gün 3 may – Ümumdünya Mətbuat Azadlığı Günüdür.
Rakus.az xəbər verir ki, XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də YUNESKO bu məramı ifadə etmiş sənədi – Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyərək, həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib.
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.
Bu gün Azərbaycanda da qeyd olunur və Mətbuat Şurasının təşəbbüsü ilə Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçiriləcək.