Sosial 20.06.2023 18:57

“Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbir keçirilib - FOTO

İyunun 20-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qaçqın və məcburi köçkün probleminin həllində və beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar edilməsində əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə belə bir tədbirin keçirilməsini çox əlamətdar hadisə kimi dəyərləndirib.

Sonra o, 1989-cu ildə təsis edilmiş İcmanın tarixi, fəaliyyəti və məqsədləri barədə geniş məlumat verib. Ə. Ələkbərli deyib ki, İcmanın Qayıdış Konsepsiyasında qeyd edildiyi kimi, Qərbi Azərbaycana sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışın təmin edilməsi təşkilatın əsas məqsədidir.

O, Prezident İlham Əliyevin bu məsələdə daim nümayiş etdirdiyi prinsipial mövqenin, xüsusilə 2022-ci il dekabrın 24-də İcmanın inzibati binasını ziyarət etməsinin, orada proqram xarakterli çıxışının, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək göstərməsinin İcmanı xüsusilə ruhlandırdığını bildirib.

Ə. Ələkbərli dünyada qaçqın və məcburi köçkünlərin sayındakı artımdan narahatlığını ifadə edib, bu məsələyə beynəlxalq diqqətin cəlb olunmasında Ümumdünya Qaçqınlar Gününün əhəmiyyətini vurğulayıb. O, insan hüquqları və ədalət prinsiplərini rəhbər tutaraq, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdış hüququnun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyinin təmin olunması istiqamətində haqq işinə dəstək verməsi məqsədilə İcmanın beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlarını bir daha təkrarlayıb.

Daha sonra 1988-ci ildə Ermənistandan qaçqın düşərkən böyük çətinliklərə düçar olmuş Zivər Muradova ağrılı xatirələrini bölüşüb, Vətənə qayıdışı səbirsizliklə gözlədiyini bildirib.

Tədbirdə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qaçqınlıq həyatını, orada dağıdılmış tarixi-mədəni abidələri, məzarlıqları əks etdirən fotosərgi nümayiş etdirilib, tarixi sənədlər və kitablar sərgilənib.

Sonda qaçqınlara həsr olunmuş “Üçüncü Missiya” adlı sənədli filmin təqdimatı baş tutub. Filmin direktoru Sənan Sultanov, ssenari müəllifi Vüsal Mətləbdir.

İyirmi altı dəqiqəlik filmdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya edilməsindən bəhs olunur. Filmdə tarixi videoxronika ilə yanaşı, deportasiyaya məruz qalmış insanların şahid ifadələri yer alıb. Ekran əsərinə, həmçinin Qərbi Azərbaycan İcması barədə ümumi məlumat, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binası ilə tanışlığı və Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə keçirdiyi görüşdən çəkilmiş videodan fraqmentlər də daxil edilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

XƏBƏR LENTİ
Maraqlı / 21.06.2023 13:22
Rus bolşevik imperiyasının Göyçə planı – ANONS
Mədəni, Video müsahibə / 20.06.2023 19:50
“Qaçqın düşən xalçaçılıq: Hallavar ilmələri” - FOTO - VİDEO
Sosial / 20.06.2023 18:57
“Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbir keçirilib - FOTO
Mətbuat / 20.06.2023 13:38
Tanınmış media nümayəndələrinin qəfil ölüm TARİXLƏRİ - FOTO
Dünya, Təhlil / 20.06.2023 10:06
Avropa İttifaqının qrant fəaliyətində qərəz elementləri – TƏHLİL
Sosial / 20.06.2023 10:00
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib - FOTO
Siyasi, Video müsahibə / 19.06.2023 19:50
“Sülh yolu ilə, təhlükəsiz qaydada Vətənimizə qayıtmaq istəyirik…” - FOTO - VİDEO
Təhlil / 19.06.2023 16:05
Fransadan qaynaqlanan erməni təxribatı – ortaq qərəzin nümayişi – TƏHLİL
Dünya, Siyasi / 18.06.2023 12:11
Azərbaycan-Pakistan münasibətlərinin çox maraqlı tarixi var – AÇIQLAMA
Mədəni / 18.06.2023 11:16
Yurdundan qovulan, minillik tarixi yaşadan Hallavar eli - VİDEO
Dünya / 17.06.2023 10:05
Zəngəzur dəhlizinin açılmasını İran niyə İSTƏMİR?… - VİDEO
Mədəni, Video müsahibə / 16.06.2023 19:40
Xanəli Nəbiyevin “Həyat Hekayəsi”: Erməni etiraf etdi ki, qələbə sizin olacaq - FOTO - VİDEO
Maraqlı / 16.06.2023 14:24
Ermənilər Xruşşovu sərxoş edib nəyə qol çəkdiriblər? – ANONS
Gündəm, Siyasi, Video müsahibə / 16.06.2023 11:10
Tahir Kərimov: “Ulu öndərlə işləmək həm çətin, həm də məsuliyyətli idi” - VİDEO
Gündəm, Siyasi, Video müsahibə / 15.06.2023 20:36
“Ermənilər Qərbi Azərbaycana yaddır – Fransa mənbələri” - VİDEO
Siyasi / 15.06.2023 15:04
“Türksüz Ermənistan” – ermənilərin ilk və başlıca hədəfi – ANONS
Siyasi / 15.06.2023 10:35
Ərdoğanın Azərbaycana səfəri strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır
Gündəm / 15.06.2023 09:00
Bu gün Millli Qurtuluş Günüdür
İqtisadi / 14.06.2023 22:05
“Quru yolunun bağlı olması Gürcüstandakı soydaşlarımızı dərindən narahat edir” – MÜRACİƏT
Gündəm, Video müsahibə / 14.06.2023 20:00
Məkrli erməni planının qurbanı Gərnibasar mahalı - FOTO - VİDEO
Maraqlı / 14.06.2023 15:11
Gərnibasar mahalının parçalanma planı – ANONS
Mədəni / 14.06.2023 14:30
Bir əsrdə üç dəfə qovulan Daşkəndin tarixi ilmələrdə - FOTO - VİDEO
Səhiyyə / 14.06.2023 13:18
Mərhum xalq artistinin eyni adlı nəvəsinin köməyə ehtiyacı var - FOTO
Mətbuat / 13.06.2023 19:01
Beş yaşı olan Report Media Məktəbində yeni təlim proqramı - FOTO - VİDEO
Siyasi / 13.06.2023 12:09
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının rəmzidir – MƏQALƏ
Gündəm, Sosial / 13.06.2023 09:02
Azərbaycan ilə İsrail arasında turizm axınını artırmaq əsas məqsəddir - FOTO