Elm və təhsil 30.04.2019 16:35

Təhlükəsizlik necə qorunur? - VİDEO

Azərbaycan Neft və Sənaye Universitetində baş vermiş terror hadisəsindən 10 il keçdi.

2009-cu ilin bu günü universitetin binasına daxil olan şəxs qarşısına çıxan hər kəsə silahla atəş açmağa başlamışdı. Hadisə 12 nəfərin ölümü, 13 nəfərin isə yaralanması ilə nəticələnmişdi. Ölənlərin hər biri tələbə və müəllim idi.

Bu məsələ universitetlərdə təhlükəsizlik məsələsini gündəmə gətirdi və aktuallığını hələ də qoruyur.

Rakus.az xəbər verir ki, Baku TV-nin əməkdaşları universitetlərdə mühafizə sisteminin necə təşkil olunduğunu öyrənmək üçün paytaxtın bir neçə böyük ali təhsil ocağında eksperiment keçirib.

Belə ki, TV əməkdaşı sadə vətəndaş kimi bir neçə universitetin ərazisinə daxil olaraq təhlükəsizlik sisteminin necə təşkil olunduğunu yoxlayıb.

Eksperiment Azərbaycan İqtisadiyyat Universitetinin Nərimanov rayonunda yerləşən filialından başlanıb.

Jurnalist universitetə asanlıqla daxil olub.

Eyni vəziyyət həmin ərazidə yerləşən Azərbaycan Pedeqoji Universitetində də yaşanıb.

Daha sonra Baku TV əməkdaşı Azərbaycan Dillər Universitetinin təhlükəsizlik sistemini yoxlamaq üçün binaya daxil olmağa çalışıb.

Burada isə binaya daxil olmaq cəhdi baş tutsa da, mühafizə xidmətinin əməkdaşları binanın içərisində onu tanıyıb.

Bakı Slavyan Universitetində isə təhlükəsizlik sisteminin qorunması standartlara uyğun aparılır.

Belə ki, burada hər bir müəllim və tələbə heyəti giriş kartı ilə universitetə daxil olurlar.

Son olaraq isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin korpuslarında təhlükəsizlik sistemi yoxlanılıb.

Jurnalist universitetin heç bir korpusuna daxil ola bilməyib.

Xatırladaq ki, burada universitetə daxil olmaq üçün tələbə biletinin tələb olunmasından əlavə, tələbə və müəllimlərin üst-başları da yoxlanılır.

Qısa eksperimentdən aydın olub ki, bəzi universitelərimizin təhlükəsizlik sistemində hələ də boşluqlar mövcuddur.

Sail Ağasəlim, Orxan Hüseynzadə

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO