Pentaqon rəsmi olaraq uçan naməlum obyektləri (UNO) əks etdirən üç qısa videogörüntü paylaşıb.
Rakus.az xəbər verir ki, UNO-ları təyyarədə olan infraqırmızı kameraların vasitəsilə çəkiblər. Videolardan biri 2004-cü, ikisi isə 2015-ci ildə çəkilib.
Xatırladaq ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri videoların həqiqi olduğunu təsdiq edib.