UNUN topdansatış qiyməti aşağı salındı
Əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən “Karat Holdinq” MMC istehlakçı məmnunluğunu daim öndə tutur, istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə məhsul təklif edir.
Rakus.az xəbər verir ki, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsi imkanı yaradıb və bununla əlaqədar unun topdansatış qiyməti aşağı salınıb. Belə ki, indiyədək topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kiloqramlıq “Karmen” ununun topdansatış qiyməti bu gündən 25,45 manat müəyyən edilib.
Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq.
“Karat Holdinq” MMC bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.