Ürəyin dostu olan qidalar yeyin – MƏSLƏHƏT
Ürək və damarların sağlam olması həm də bir çox xəstəliklərin qarşısının alınması baxımından önəmlidir.
Rakus.az xəbər verir ki, ürəyin sağlamlığının qorunması üçün əsas şərtlərdən biri sağlam qidalanmadır. Ona görə də həmin qidaların hansılar olduğunu bilməyimiz vacib sayılır. Ürəyi qoruyan qidalar hansılardır?
Mütəxəssislərin ürək sağlamlığının qorunması üçün tövsiyə etdikləri qidaların siyahısını təqdim edir:
Zeytun yağı – güclü antioksidant deposudur, zərərli xolesterini aşağı salır.
Brokoli – B vitamini və fol turşusu ilə zəngindir, stress, depressiyanı aradan qaldırır.
Badam – B2 və E vitamləri, maqneziumla zəngindir. Badam ürək üçün ən vacib qidaların önündə gəlir. Gündə bir ovuc badam yemək tövsiyə olunur.
Tünd şokolad – stresslə mübarizə aparır. Ürək üçün də çox faydalı sayılır.
ABŞ-da aparılan araşdırmaya görə, 170 qram şokolad zərərli xolesterini aşağı salır.
Albalı – xolesterin səviyyəsini, yağlanmanı azaldır.
Paxlalılar – digər bitki mənşəli qidalardan daha çox proteinlə zəngindir. Ürəyin dostu, stressin düşməni sayılan B vitamini, dəmir və kalsium mənbəyidir. Lifli olduğu üçün bağırsaqların nizamlı çalışıb, boşalmasına imkan verir.
Pomidor – ürək sağlamlığı üçün ən vacib maddələrdən olan likopenlə zəngindir, antioksidant deposudur.
Qırmızı bibər də pomidor kimi likopen mənbəyi sayılır. Həm də çox lifli qidalardan biri, antioksidant, A və C vitaminləri ilə zəngindir.
Süd – tərkibindəki kalsium və potasium sayəsində qan dövranını nizamlayır. Ona görə də bol süd içmək lazımdır.
Kişmiş – ürəyin dostu sayılan əsas qidalardan biridir. Onun tərkibindəki potasium sayəsində qan təzyiqi aşağı düşür.
Arpa, şirin kartof, mərcimək, qızılbalıq və sardiniya balığı, çuğundur, avokado, yulaf, çay, sarıkök, qoz, soğan sarımsaq, alma, yağsız dana əti, kivi, banan, yer fıstığı, ispanaq, çuğundur yarpağı, noxud, göbələk, portağal, qarpız, çiyələk, boranı tumu, kətan toxumu da ürəyin dostu olan qidalar siyahısındadır.