Mədəni 18.09.2019 10:47

Üzeyir Hacıbəylinin məzarı ziyarət edildi - FOTO

Bu gün 18 sentyabr – Milli Musiqi Günü münasibəti ilə mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Rakus.az xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları iştirak ediblər.

Nazir Ə. Qarayev bildirib ki, 18 sentyabr Azərbaycan xalqı üçün əsl bayram günüdür: “1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir. Üzeyir bəy nəinki müasir Azərbaycan musiqisinin banisi, bəstəkar, o həm də yazıçı, filosof, ictimai xadim olub”.

Ə. Qarayev 11 ildir Azərbaycanda Üzeyir Hacıbəylinin adını daşıyan festivalın keçirildiyini vurğulayıb: “Artıq bu festival haqqında dünyanın aparıcı Mezzo kanalında bildirilir, Üzeyir bəyin davamçısı olan Fikrət Əmirovun əsərləri də mütəmadi şəkildə Mezzoda səslənir. Bu da Üzeyir bəyin qoyduğu ənənənin təntənəsidir”.

Nazir bu il həm də bəstəkar Soltan Hacıbəyovun 100 illik yubileyinin keçiriləcəyini vurğulayıb: “Bu münasibətlə onun yaradıcılığına həsr olunmuş tədbirlər keçiriləcək”.

F. Bədəlbəyli Üzeyir Hacıbəylini Azərbaycan musiqisinin peyğəmbəri adlandırıb: “Mən inanıram ki, biz bu günü Şuşada qeyd edəcəyik. Çünki Üzeyir bəyin əsərləri, onun yaradıcılığı bizim əsas silahımızdır”.

Sonra Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov çıxış edib.

Daha sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS