Müsahibə 09.02.2024 11:00

Vaqif Həsənov: “Stomotoloq peşəsi ən qədim peşələrdən biridir”

“Hazırda Azərbaycan Tibb Universitetinin sayəsində ölkəmizdə stomatologiyanın inkişafı həm elmi, həm də kadr potensialı baxımından yüksək bir səviyyəyə çatıb”.

Rakus.az xəbər verir ki, bunu ATU-nun Terapevtik stomatologiya kafedrasının müdiri, dosent Vaqif Həsənov deyib.

O bildirib ki, hər il fevral ayının 9-u dünyada stomatoloqların bayramı – Beynəlxalq Stomatoloqlar Günü qeyd edilir: “Həmin günün qeyd olunma ənənəsi ildən-ilə daha geniş yayılmaqdadır. Bu barədə fikirlərini “Təbib” qəzeti ilə bölüşən Terapevtik stomatologiya kafedrasının müdiri, dosent Vaqif Həsənov qeyd edilmə tarixi kimi 9 fevralın təsadüfən seçilmədiyini deyib: “O gün katolik kilsəsinin şəhidi Apolloniya xatırlanır. İsaya inam gətirən İskəndəriyyə məmurunun qızı Apolloniyanın xristianlıqdan dönməsi üçün ona dəhşətli işgəncələr verilib, bütün dişləri kəlbətinlə çəkilib. Qadın bütün əzablara dözüb və əzab verənlərin tələblərini yerinə yetirməyəcəyi təqdirdə edam ediləcəyi ilə təhdid olunub. Bütün işgəncələrə davam gətirən qadını tonqalda yandırmaqla hədələyəndə o özü alovun içinə doğru addımlayıb.  Həmin hadisə 249-cu il fevralın 9-da baş verib. 300-cü ildə Apolloniya əzabkeş müqəddəs qadın olaraq tanınıb, atributları dişlər və ya kəlbətin seçilib və onun əlində diş çəkmək üçün kəlbətin tutmuş təsviri yayılıb. O vaxtdan bəri bir inanc da yaranıb: dişi ağrıyan hər kəs “Santa Apolloniya!” (“Müqəddəs Apolloniya!”) deyə çağırır və onun diş ağrısı sakitləşir”.

V. Həsənov bildirib ki, peşə bayramının yaranma tarixi nisbətən yeni olsa da, stomatoloq peşəsi ən qədim peşələrdən biridir. Arxeoloqlar qazıntılar zamanı bu qədim sənətin nümayəndələrinin fəaliyyətlərinin çoxsaylı sübutlarını aşkar ediblər. Bu qazıntıların ən qədimi 7-5,5 min il əvvəl dişlər üzərində ustalıqla aparılmış işlərin Pakistanın Bəlucistan bölgəsində tapılmış nümunələri hesab olunur.

 

Azərbaycanda orta əsrlərdən üzü bəri, həm xanlıqların, həm çar Rusiyasının, həm də Sovetlərin ilk illərində diş həkimliyini əsasən ya loğmanların, ya da dantistlərin etdiyini söyləyən həkim-stomatoloqun sözlərinə görə, onların fəaliyyəti heç bir qanunla nizamlanmırdı: “Təhsilləri yalnız bacaranlardan öz-özünə öyrənməkdən (şəyirdlik) ibarət olurdu. Baxmayaraq ki, 1881-ci ildən çar Rusiyasının ərazisində diş həkimləri hazırlayan az sayda təhsil müəssisələri mövcud olmuş, ancaq onların fəaliyyəti milli kadr hazırlanması istiqamətində sezilməmişdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda cəmi 11 diş həkimi kabineti fəaliyyət göstərimişdir. Başqa sözlə, 1 nəfəri azərbaycanlı olmaqla cəmi 58 nəfər ixtisaslı diş həkimi olmuşdur. Bu həkimlərin əksəriyyəti də Bakı şəhərində fəaliyyət göstərirdi və demək olar ki, müalicə ilə məşğul olmurdular”.

Azərbaycanda diş həkimlərinin ilk təşkilatının 1871-ci ildə Bakıda yaradıldığını xatırladan müsahibimiz, 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələrin diş xəstəliklərini öyrənməyə başladıqlarını vurğulayıb: “Bundan əlavə, 1926-cı ildə təhsilsiz öyrənib-öyrətmənin qadağası ilə bir vaxtda Azərbaycanda diş həkimləri hazırlayan Bakı Tibb Texnikumu yaradılıb. Bu Azərbaycanda ilk tibbi-stomatoloji təhsil ocağı idi. 1929-cu ilə qədər Tibb Texnikumunu 107 nəfər bitirdi və həmin məzunlar Azərbaycan ərazisində stomatoloji xidmətin təşkilində mühüm rol oynadılar. 1929-cu ildə texnikum Diş müalicəsi İnstitutuna çevrildi. 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı. Diş Müalicəsi İnstitutu Tibb İnstitutunun nəzdində Stomatologiya fakültəsi kimi 1934-cü ilə qədər fəaliyyət göstərirdi.

 

Bakı şəhərində 1934-cü ildə diş həkimliyi məktəbi açıldı. Bu məktəb 1950-ci ilə qədər 1000 nəfərdən çox diş həkimi və diş texniki hazırladı. Bu kadrların sayəsində Azərbaycanda stomatoloji xidmət müəyyən qədər canlandı. 1954-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun  (ADTİ) nəzdində yenidən Stomatologiya fakültəsi təşkil edildi və bu fakültə günümüzə qədər fəaliyyət göstərməkdədir. Belə ki, ümumən 12 nəfər tibb elmləri doktoru və 110 nəfərdən çox tibb elmləri üzrə fəlsəfə doktoru (tibb elmləri namizədi) kadrların hazırlanmasında stomatologiyanın elmi potensialını təmsil edirlər. Stomatoloqların ümumi sayı isə ölkəmizdə təxminən 4000 nəfərə yaxındır.

Hazırda Azərbaycan Tibb Universitetinin sayəsində ölkəmizdə stomatologiyanın inkişafı həm elmi, həm də kadr potensialı baxımından yüksək bir səviyyəyə çatıb. Tədqiqatçı-alimlərimiz və praktik stomatoloqlarımız qabaqcıl dünya təcrübələrini izləməklə stomatologiyanın ən aktual problemlərini uğurla həll etmək əzmindədirlər”.

XƏBƏR LENTİ
Hadisə, Maraqlı / 10.02.2024 22:12
“Həbib Həsənovun İrəvandan çıxma səbəbi qardaşının qətli idi” – ŞAHİDLƏR - VİDEO
Mətbuat, Sosial / 09.02.2024 20:05
“Erməni dili müəllimim deyirdi ki, biz assuriyalıyıq, bizi məcburi erməniləşdiriblər” - FOTO - VİDEO
Mətbuat / 09.02.2024 17:05
Tural İbadlı İKTA-nın meneceri təyin edilib
Gündəm / 09.02.2024 15:02
Konstitusiya Məhkəməsinin 9 hakimi seçkinin yekunlarını yoxlayacaq - FOTO
Mətbuat / 09.02.2024 14:37
“Ermənilərə “gavur” deyirdik” – Şöhrət Əliyevin “Həyat Hekayəsi” – ANONS
Müsahibə, Səhiyyə / 09.02.2024 11:00
Vaqif Həsənov: “Stomotoloq peşəsi ən qədim peşələrdən biridir”
Gündəm, Siyasi / 09.02.2024 10:37
Erməni diplomatlara Azərbaycana böhtan atmaq tapşırığı verilib – BƏYANAT
Siyasi / 08.02.2024 20:31
İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? - FOTO - VİDEO
Mədəni / 08.02.2024 15:53
Xıdır Nəbi bayramı nədir?
Təhlil / 08.02.2024 14:20
İrəvanda azərbaycanlılar üçün evlər alınır – ANONS - VİDEO
Siyasi / 08.02.2024 13:25
“Frank Şvabe kimi əliqələmli səlibçilər Azərbaycana təsir göstərə bilməzlər” – BƏYANAT
Gündəm / 08.02.2024 03:05
Səslərin 93,3 faizi sayılıb: İlham Əliyev 92,05% səslə liderdir – MSK - VİDEO
Siyasi / 07.02.2024 21:52
Ölkə üzrə saat 19:00-a olan seçici fəallığı AÇIQLANIB
Siyasi / 07.02.2024 17:39
Ölkə üzrə saat 17:00-a olan SEÇİCİ FƏALLIĞI
Gündəm, Siyasi / 07.02.2024 17:02
“Rəy” “exit poll”un saat 16:00 üçün iştirak göstəricisini AÇIQLADI
Gündəm, Siyasi / 07.02.2024 15:36
Ölkə üzrə saat 15:00-a olan SEÇİCİ FƏALLIĞI
Gündəm / 07.02.2024 10:10
Prezident İlham Əliyev və ailə üzvləri Xankəndidə səs verdilər - FOTO - VİDEO
Siyasi / 07.02.2024 08:00
Prezident seçkisində səsvermə prosesi başlayıb
Siyasi / 07.02.2024 00:02
Azərbaycanda prezident seçkisi günüdür
Siyasi / 06.02.2024 20:31
“İrəvanın əsl tarixi yer altındadır” – ARAŞDIRMA - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 06.02.2024 18:40
“Ermənilər həmişə alət kimi istifadə olunub” – MÜSAHİBƏ - VİDEO
Siyasi, Təhlil / 06.02.2024 16:37
İranda ayrı-seçkilik – pozulan Konstitusiya – TƏHLİL - FOTO
Mətbuat / 06.02.2024 16:36
Qərbi Azərbaycan Departamentinin rəhbəri: “Erməni dilində gündəlik 4-5 süjet və 1 xəbər buraxılışı yayımlanır”
Maraqlı, Sosial / 06.02.2024 14:30
Ermənilərin İrəvan qəsdi – ANONS
Siyasi / 06.02.2024 13:48
“Ermənistan doğru yolu seçməlidir” – ANONS
Müsahibə / 05.02.2024 20:51
“Vətənsiz qalan insanın üzü heç vaxt gülməz” – MÜSAHİBƏ - FOTO - VİDEO