Mədəni 16.12.2019 21:33

Vaqif Mustafazadə ev-muzeyində xatırlandı -YENİLƏNDİ - FOTO

Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin ev-muzeyində pianoçunun vəfatının 40-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə həmçinin Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyevanın dəstəyilə buraxılmış “Vaqif Mustafazadənin caz kompozisiyaları” diskinin təqdimatı olub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bəstəkarın həyat yoluna nəzər salıb: “Vaqif Mustafazadə Azərbaycan musiqi mədəniyyətinin ən parlaq ulduzlarından biri idi. Qısa ömür yaşamasına baxmayaraq, caz musiqisində yeni janr yarada bilib. Onun qərb cazının muğamla sintezi dünya şöhrətli cazmenlər tərəfindən yüksək dəyərləndirilib”.

Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva görkəmli caz əfsanəsinin yaradıcılıq yolu və uğurları, ölməz sənətkarın irsinin təbliği istiqamətində görülən işlərdən danışıb.

Sonra V.Mustafazadənin həmkarları, sənət dostları, “Sevil” vokal-instrumental ansamblın üzvləri ölməz sənətkar haqqında xatirələrini bölüşüblər.

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının (BMA) müəllimi Gülsüm Eldarova pianoda bəstələdiyi “Vaqif Mustafazadənin xatirəsinə ithaf” kompozisiyasını ifa edib.

Bəstələdiyi kompozisiya haqqında danışan G.Eldarova qeyd edib ki, o, Vaqifi təkrar etməyib, musiqisində estrada-caz-muğam elementlərini sintez edib.

Sonra BMA-nın tələbələri Vaqif Mustafazadənin əsərlərini səsləndiriblər.

Qeyd edək ki, 1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirib. Onun tərbiyəsi ilə musiqi müəllimi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilib. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdıb.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.

14:23

Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin ev-muzeyində pianoçunun vəfatının 40-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Rakus.az xəbər verir ki, Tədbirdə, həmçinin Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyevanın dəstəyi ilə buraxılmış “Vaqif Mustafazadənin caz kompozisiyaları” diskinin təqdimatı olub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bəstəkarın həyat yoluna nəzər salıb: “Vaqif Mustafazadə Azərbaycan musiqi mədəniyyətinin ən parlaq ulduzlarından biri idi. Qısa ömür yaşamasına baxmayaraq, caz musiqisində yeni janr yarada bilib. Onun qərb cazının muğamla sintezi dünya şöhrətli cazmenlər tərəfindən yüksək dəyərləndirilib”.

Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva görkəmli caz əfsanəsinin yaradıcılıq yolu və uğurları, ölməz sənətkarın irsinin təbliği istiqamətində görülən işlərdən danışıb.

Sonra V.Mustafazadənin həmkarları, sənət dostları, “Sevil” vokal-instrumental ansamblın üzvləri ölməz sənətkar haqqında xatirələrini bölüşüblər.

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının (BMA) müəllimi Gülsüm Eldarova pianoda bəstələdiyi “Vaqif Mustafazadənin xatirəsinə ithaf” kompozisiyasını ifa edib.

Bəstələdiyi kompozisiya haqqında danışan G.Eldarova qeyd edib ki, o, Vaqifi təkrar etməyib, musiqisində estrada-caz-muğam elementlərini sintez edib.

Sonra BMA-nın tələbələri Vaqif Mustafazadənin əsərlərini səsləndiriblər.

Xatırladaq ki, 1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirib. Onun tərbiyəsi ilə musiqi müəllimi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilib. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdıb.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO