Təhlil 24.06.2019 23:39

Vaşinqton görüşü – həmsədrlərin yeni təklif siyasəti – TƏHLİL - FOTO - VİDEO

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 24-də bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualının cavabında Ermənistan xarici işlər naziri ilə Vaşinqtonda keçirdiyi görüşün nəticələrindən danışıb.

Rakus.az xəbər verir ki, o deyib: “Əfsuslar olsun ki, biz Vaşinqtonda yenə üç saatdan artıq müzakirələr aparmışıq. Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər rəsmi şəkildə sənədləri müzakirə olunması üçün yenidən təqdim etdilər. Hansı sənədlər ki, biz müzakirə edirik.”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşdülər

“Görüşdən sonra mən jurnalistlərə dedim ki, biz artıq 15 ildir danışırıq. Jurnalistlər nəyi müzakirə etdiyimizi öyrənmək istəyirsə, ən yaxşısı, həmsdərlərin martın 9-da yaydığı bəyanatı oxusun və orada hər şey yazılıb. O bir məsələdir ki, biz bununla razıyıq, razı deyilik. Biz bunun əsasında müzakirə aparırıq. Bu sənədlər yenidən həmsədrlər tərəfindən bizə rəsmi şəkildə təqdim edildi. İkinci məqam, yenə də həmin bəyanatda çağırış var idi ki, təmas xəttində sakitlik olsun. Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, proses 2004-cü ildə Praqada başlayanda, sonra Madriddə davam etdiriləndə, daha sonra Kazanda davam etdiriləndə (bəziləri deyirlər `Lavrov planı` var və sair), – danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr, yəni substantiv danışıqlar aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq. Biz ciddi, substantiv danışıqlar aparmalıyıq. Biz artıq hazırda həmsədrlərin martın 9-dakı bəyanatı əsasında işləyirik. Yenə də deyirəm, həmin bəyanatın bəzi məqamları ilə razıyıq, bəzi məqamları ilə razı deyilik. Həmin bəyanatda yazılıb ki, ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Qalan məsələlər bundan sonra əksini tapa bilər. Həmsədrlər Vaşinqton görüşündə rəsmi sənədləri təqdim edib, bir-iki ay üzərində işləməliyik. Düzünü deyim ki, sənədə baxmışam, amma ciddi təhlil etmək lazımdır. Amma yenə də həmin məsələlərdir. Biz belə razılığa gəldik ki, həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra biz yeni görüş keçirək,” – nazir qeyd edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə görüşüb-16.01.2019

Minsk Qrupunun həmsədrləri: “Tərəfləri aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyirik”

Elmar Məmmədyarov Amerikanın Səsinin danışıqların nəticəsinin nədən ibarət olması ilə bağlı sualının cavabında deib ki, nəticə odur ki, Ermənistanın qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır.

“Biz bunu həmişə deyirik. BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Bütün dünya (Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. O ki, qaldı, başqa məsələlərə, onlar müzakirə oluna bilər. Amma ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunlar deyirlər ki, bu paket şəklində olsun, yoxsa mərhələli şəkildə olsun. Artıq bu bilinir ki, mərhələli şəkildə, addım-addım olmalıdır. Amma ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır.”

Nazir Amerikanın Səsinin “Ermənistan qoşunlarının nə vaxt çıxarılacağı ilə bağlı qrafik varmı?” sualının cavabında deyib: “Mən Nostradamus deyiləm ki, vaxtını deyim. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. O da Vaşinqtonda müzakirə olunmuşdu. Belə düşünürəm ki, Ermənistan tərəfi hər dəfə məsələ qaldırır ki, `bizə status, bir də təhlükəsizlik lazımdır` (söhbət Dağlıq Qarabağın statusundan gedir-red). Statusla bağlı artıq bilinir. O ki, qaldı təhlükəsizlik baxımından regiona beynəlxalq sülhməramlı qüvvələr gətirilə bilər. O baxımdan gərək həmsədrlər öz təkliflərini dəqiqləşdirib versinlər. Həmsədrlər qəbul edir ki, onun üzərində gərək işləsinlər”, – nazir qeyd edib.

Elmar Məmmədyarov: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır

Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavini, köməkçisi və Minsk qrupunun həmsədrləri ilə görüşüb

ATƏT-in Minsk qrupunun həmsədrləri xarici işlər nazirlərinin görüşünü hazırlamaq məqsədi ilə bu il mayın 27-dən 30-dək regionda səfərdə olub, Ermənistanda, Azərbaycanda və Dağlıq Qarabağda görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyi həmsədrlər Azərbaycanda səfərdə olarkən, mayın 30-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində, snayper atəşi ilə Azərbaycan Müdafiə Nazirliyinin zabitinin öldürüldüyünü bildirib.

Bu zaman Ermənistan tərəfi atəşkəsin pozulmadığını, cəbhənin bütün istiqamətlərində atəşkəs rejiminə əməl edildiyini bəyan edib. Buna baxmayaraq, həmsədrlərin regiona səfərindən sonra cəbhənin Dağlıq Qarabağ istiqamətində Ermənistanın və Azərbaycanın hər birinin iki hərbçisi öldürülüb.

Elmar Məmmədyarov və Con Bolton arasında görüş olub

Elmar Məmmədyarov və Con Bolton arasında görüş olub

İyunun 13-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın aviasiya vasitəsinə ermənilər tərəfindən raket zərbəsi endirildiyini bildirib.

Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib. Azərbaycan tərəfi cəbhədə gərginliyin artmasını Ermənistanın danışıqları pozmaq cəhdi kimi qiymətləndirib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb
Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri – xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu – bayraqlar

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək”, – sənəddə qeyd edilir. (Amerianın səsi)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO