Vaşinqtonda Suriya ilə bağlı Rusiyaya inam yoxdur – TƏHLİL
“Rəsmi Vaşinqton Rusiyanın ötən bir ay ərzində Suriya hökuməti tərəfindən hücumlara məruz qalan İdlib vilayətində hərbi hücumlara son qoyulmasına imkan verəcəyinə inanmır”.
Rakus.az xəbər verir ki, bunu yüksək səviyyəli ABŞ rəsmisi deyib.
BMT-nin Təhlükəsizlik Şurasında Suriyada siyasi durum barədə bağlı qapılar arxasında keçirilən görüşdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib ki, Vaşinqtonun başlıca narahatlığı terrorizm deyil, mülki vətəndaşların zorakılığa məruz qalmasıdır.
“Bu gün ABŞ nümayəndə heyəti ilk növbədə İdlibdə dəhşətli vəziyyətlə bağlı məsələni qaldırdı və bizim tələbimiz atəşkəsin mümkün qədər tez həyata keçirilməsidir. Biz düşünürük ki, bu, təkcə Suriyada deyil, bütün regionda sülh üçün böyük təhlükədir. Və bu məsələ tez bir zamanda həll olunmalıdır. Müzakirələrin getdiyi vaxtda üç milyon yarım mülki vətəndaşın həyatı və sığınacaq yeri təhlükə altındadır”, – Ceyms Cefri deyib.
BMT rəsmiləri bildirib ki, yalnız bu həftə zorakılıqlar nəticəsində 160-dan çox mülki vətəndaş öldürülüb və 270 min insan evlərindən didərgin düşüb.
Cefri həmçininvurğulayıb ki, ABŞ Əsəd rejiminin münaqişəyə son qoymağa kömək etmək üçün nə etməli olduğunu başa düşdüyünə dair heç bir proqressiv addım müşahidə etməyib.