Elm və təhsil 17.03.2025 22:20

“Vaxtilə ermənilər kilsələri hərbi bazalara çevirmişdilər” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Sani Hacıyev olub. O, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı məkrli siyasətinin tarixi köklərindən söhbət açıb. Bildirib ki, min ilə yaxın dövr ərzində dövləti olmayan, yalnız kilsələr tərəfindən idarə olunan erməni toplumu hər zaman imperialist qüvvələr, böyük dövlətlər üçün alət rolunu oynayıblar.

Tarixçi-alimin sözlərinə görə, erməni keşişlər daim imperialist dövlətlərlə əlaqədə olaraq, onların Osmanlı İmperiyasına qarşı siyasətinin həyata keçirilməsində vasitəyə çevriliblər. Misal üçün, XVIII-əsrin sonu, XIX əsrin əvvəlində erməni keşiş İosif Arqutinskinin təşəbbüsü ilə Çar Rusiyasına müraciət olunub, ermənilərin xidmətləri ruslara təklif olunub. Bu faktdan çıxış edən haylar İosif Arqutinskini Rusiya-erməni münasibətlərinin qurulmasının səbəbkarı kimi qələmə verirlər.

Professor söyləyib ki, XIX əsrin sonlarında Osmanlının zəifləməsindən istifadə edən böyük dövlətlər Türk imperiyasını parçalamaq, müəyyən əraziləri ələ keçirmək üçün hərəkətə keçiblər. Bu dövrdə Çar Rusiyası erməni terror təşkilatlarını səfərbər edərək, eyni zamanda Osmanlı ərazisində yaşayan, müəyyən vəzifələr tutan erməniləri ələ alaraq, bir neçə cəbhədə mübarizə aparan dövləti içindən parçalamaq niyyətinə düşüb. Bu məkrli plandan irəli gələrək, gələcək məqsədlər üçün hətta erməni kilsələri hərbi bazalara, silah-sursat anbarlarına çevrilib.

S.Hacıyev deyib ki, 1915-ci ildə silahlı erməni terror təşkilatları, ayrı-ayrı erməni silahlı dəstələri Osmanlı ərazisində kütləvi qırğınlar törədib, yaşadıqları ölkəyə böyük xəyanət ediblər. Belə olan halda daxili işlər naziri Tələt Paşa Osmanlı ərazisində təşkilatlanan silahlı erməni terror təşkilatının üzvlərini həbs edib. Ardınca isə yerli müsəlman əhaliyə qarşı düşmənçilik mövqeyi tutan erməni vətəndaşların ölkənin bir ərazisindən digər ərazisinə köçü təşkil edilib. Burada da yeganə səbəb ümumən ölkənin təhlükəsizliyini təmin etmək, qırğınların qarşısını almaq olub.

Tarixçi-alim vurğulayıb ki, ermənilər köçürülərkən onların bütün əmlakının daşınmasına hərtərəfli şərait yaradılıb, hətta qapıda ölən köpəyinə görə də təzminat ödənilib. Lakin ermənilər “Andonyanın sənədləri” adlı saxtakarlığa, uydurmaya istinad edərək bildirirlər ki, guya həmin vaxt iki milyona yaxın erməni sakin öldürülüb. Bu, cəfəngiyyatdır, heç bir elmi, rəsmi sübutu, təsdiqi yoxdur. Lakin buna baxmayaraq, indiyə qədər bu saxta tarixdən, uydurmadan Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışırlar.

Professor S.Hacıyev tarixən Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ötən əsrin əvvəlindən 1988-ci ilə qədər həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən də geniş danışıb. Sonda vurğulayıb ki, Qərbi Azərbaycan tarixi Türk torpağıdır və soydaşlarımızın ata-baba yurduna qayıdışı qaçılmazdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 17-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO