Sosial 27.10.2023 11:52

“Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı” – OĞULUN QEYDLƏRİ

Bu gün Atam-VƏLİ ABDUYEVİN vəfatından 10 il ötür. Onun müxtəlif və mürəkkəb dövrlərdən keçən ömür yolu, yaradıcılığı, insanpərvərliyi vardı. Sağlığında Müəllim sənətinə, elinə-obasına və xalqına olan odlu-alovlu sevgisi, vətənpərvərliyi və yüksək zövqü ilə seçilərdi. Öyrənib-öyrətmək eşqi və həvəsi ilə yaşayan, daim yeniliklər axtarışında olan birisi idi. Dərs dediyi şagirdlərinin gələcəyi üçün düşünər, onların maariflənməsi və mədəniyyəti uğrunda əlindən gələni edərdi.Vəli müəllim haqqında deyilən xoş sözləri eşitdikcə və xatirələri oxuduqca, sadə və təvazökarlığı, mehribanlığı nurlu simasında əks olunan fotoşəkillərinə baxdıqca gözünün önündə bütün insani keyfiyyətləri ilə canlanan bu böyük insana əbədi təşəkkür bildirmək istəyirsən. Onun haqqında tanıyanların dedikləri sözlər isə bitmir, tükənmir:-

Şagirdi İlyas Əliyev atamla bağlı bir xatirəsini daim xatırlayaraq hər zaman bunu danışır:-“ Günlərin bir günü yaşadığım evin yanında dayanmışdım. Gördüm ki, Vəli müəllim bizim evin yanından böyüq qardaşına baş çəkmək üçün Avdı Avdıyevgilə doğru gedir. Həm də bir müəllimim olduğundan Vəli müəllimdən soruşdum ki, nə var-nə yox, necəsiniz? Vəli müəllim eyni təvəzökarlıqla mənə təşəkkür edib dedi ki, İlyas müəllim, biz az nasazlamışdım və ona görə həkimə getmişdim, həkimdən gəlirəm. Mən yenə soruşası oldum ki, bəs həkim Sizə nə dedi, vəziyyət necədir? Vəli müəllim gülərək mənə cavab verdi ki- “ Həkim dedi ki, bə heç qorxub eləmə, ölənə qədər yaşayacaqsan. Bunu deyib o ürəkdən güldü, mən də güldüm. Bu sözlərin həkimin deyil, Vəli müəllimin öz sözləri olduğunu anlayıb, hər zaman xatırlayıb gülümsünürəm.”

Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı. Ancaq onu tanıyanların qəlbində xoş xatirələr qoyaraq. Əsl insan kimi.

Atamın ölümünü xatırlayarkən yadıma düşür ki, həmin vaxt özümü elə sıxırdım ki, hisslərimi büruzə verməyim. Başqalarına yaxşı nümunə olmaq mənim üçün elə vacib idi ki, yaşamalı olduğum hissləri içimdə boğurdum. Axı, mən Vəli müəllimin oğlu idim. Mənim də fikrim belə idi ki, kişi öz kədərini üzə vurmamalıdır. Amma güclü görünməyə çalışmaqla özümə ziyan edirdim. Ancaq sonralar yanıldığımı başa ¬düşdüm. Hisslərimi boğmağa çalışmamalı idim. Bunun mənə heç bir köməyi də dəymədi. Düşdüyüm vəziyyəti götür-qoy etdim və özümə dedim: “Ağlamaq istəyirsənsə, ağla. Həddən artıq güclü olmağa çalışma. Ürəyini boşalt ki, rahatlaşasan”. Mən də hisslərimi büruzə verməkdən çəkinməməli idim.

Hamı öz kədərini eyni cür təzahür etdirmir. Doğma insanın qəflətən, yoxsa uzun xəstəlikdən sonra ölməsi kimi amillər də onun yaxınlarının keçirdiyi hisslərə təsir edir. Ancaq bir şey yəqindir: hissləri boğmaq insana həm fiziki, həm də emosional cəhətdən zərər yetirə bilir. Əksinə, kədəri büruzə vermək isə daha çox fayda gətirir. İtki ilə üzləşən hər kəsin təsəlliyə ehtiyacı olur. Əzizləri vəfat edəndə bəzi insanlar özlərini günahkar hiss edirlər. Bizə elə gəlir ki, öz tərəfimizdən göstərdiyimiz etinasızlıqla əziz adamımızın ölümünə bais olmuşuq. Əsaslı, yaxud əsassız olmasından asılı olmayaraq, özünü günahlandırmağın təbii hiss olduğunu bilməyin də köməyi dəyir. Yenə də, bu cür hissləri içinizdə saxlamayın. Təcrübəmdən bilirəm ki, özünüzü günahkar hiss etdiyiniz barədə başqalarına danışsanız, yüngüllük tapacaqsınız. Baxın, insanı nə qədər çox sevməyimizdən asılı olmayaraq, biz nə onun həyatına nəzarət edə bilərik, nə də sevdiyimiz insanı həkimə vaxtında aparmamaqla onun xəstələnib ölməsini istəmirik. Belə isə, onun ölümündə günahkarıqmı? Xeyr.

Ola bilsin, fikirləşirsiniz: «Ona demək istədiyim və ya onun üçün etmək istədiyim o qədər şey qaldı ki». Bu düzdür. Lakin bizlərdən kim kamil ata, ana və ya uşaq olduğunu deyə bilər? Bilirəm ki, «Kaş ki, kaş ki» deməklə, heç nəyi dəyişməyəcəksiniz, əksinə, bu, sizin özünüzə gəlməyinizə mane olacaq. Keçmişi qaytarıb nəyisə dəyişmək qeyri-mümkündür.

Çox vaxt kədər insanların düşündüyündən daha artıq davam edir. Hər il əziz adamın öldüyü gün yaxınlaşanda insanın yaraları təzələnə bilər. Qəribə görünsə də, əzizlərini itirən bəzi insanları şiddətli kədər hissinin keçib getməsi qorxudur. Onlara elə gəlir ki, bu, onların ölən adama məhəbbətlərinin soyuduğunu göstərir. Bu, qətiyyən düzgün fikir deyil. Qəlb ağrısı keçib gedəndə onun yerini yaddaşdan heç vaxt silinməyəcək xoş xatirələr tutur. Faciəyə dözmək, onun əziyyətinə qatlaşmaq və yavaş-yavaş mənəvi gücü bərpa etmək lazımdır.

Hisslərimizi istər danışmaqla, istərsə də yazmaqla ifadə etmək kədərimizi içimizdə saxlamamağa kömək edir. İnsan keçirdiyi hissləri sözlərlə ifadə edəndə bu hissləri başa düşmək və onlara tab gətirmək asan olur. Əgər sizi dinləyən insan da yaxınını itiribsə və bu itkidən sonra özünə gələ bilibsə, ondan özünüz üçün faydalı məsləhət ala bilərsiniz. Bəs əgər biz öz hisslərimizi başqaları ilə bölüşə bilmiriksə, onda necə? Bəzilərinə keçirdikləri hissləri yazıda ifadə etmək daha asan olur. Mən də belə etdim. Hisslərimi yazıda ifadə etməyə çalışdım.

Ürəyimizi boşaltmağın digər üsulu da ağlamaqdır, sevdiyimiz insan öləndə elə ağlamağın vaxtı olur. Göz yaşları axıtmaq insanın bu yaradan sağalması üçün vacibdir. Mən də bu gözəl insan, atam Vəli Avduyev üçün göz yaşı axıdır, ona Allahdan rəhmət diləyirəm.

İndi yalnız yaşadığım günün qayğısını çəkmək mənə çox kömək edir, yaşadığım hər gündə də atamı tez-tez xatırlayıram. Sabahkı gün üçün narahat olmuram, çünki bilirəm ki, sabahkı gün özü ilə yeni qayğılar gətirəcək.

Azərbaycanın Xalq şairi Səməd Vurğun demiş:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirədək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Vüqar Abduyev – araşdırmaçı

 

 

 

 

 

XƏBƏR LENTİ
Sosial / 27.10.2023 11:52
“Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı” – OĞULUN QEYDLƏRİ
İdman / 27.10.2023 10:36
Şəhid jurnalistlərin Xatirə Turnirində son tur həftəsonu yekunlaşır - FOTO
Mətbuat / 27.10.2023 07:29
Etibarlı istinad mənbəyinə çevrilən 9 yaşlı “Report”
Dünya, Siyasi / 26.10.2023 19:40
Avropa İttifaqının müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər - FOTO - VİDEO
Dünya, Siyasi / 26.10.2023 14:04
Ermənilərin və avropalı missonerlərin fırıldağı – ANONS - VİDEO
Siyasi, Sosial / 25.10.2023 19:56
“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - FOTO - VİDEO
Mətbuat / 25.10.2023 18:21
MEDİA Agentliyində Türkiyə İnternet Media Birliyinin rəsmiləri ilə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 25.10.2023 16:28
Avropalı vasitəçilərə etimadsızlıq – Nəticəsiz qalan təşəbbüslər – TƏHLİL
Hadisə, Mətbuat / 25.10.2023 14:23
Ermənilər Ağinə niyə Türkiyədən köçürülüb? – ANONS - VİDEO
Gündəm, Siyasi / 24.10.2023 20:11
Erməni alim saxta tarix düzəldənlərin gizli əməlini ifşa etdi - FOTO - VİDEO
Siyasi / 24.10.2023 19:05
“Erməni alimləri yazırlar ki, tarixdə “Böyük Ermənistan” olmayıb” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 24.10.2023 12:59
Nərimanlı gəncləri dövlətçiliyin güclənməsinə töhfə verirlər - FOTO
İdman / 24.10.2023 10:17
İkinci tur oyunlarının XÜLASƏSİ - VİDEO
İqtisadi, Video müsahibə / 23.10.2023 21:00
“Ermənistanı 85 faiz kənd təsərrüfatı məhsulları ilə azərbaycanlılar təmin edib”– MÜSAHİBƏ - VİDEO
İqtisadi, Müsahibə / 23.10.2023 14:03
“Ardanış Alban türklərinin yaşadığı qədim yaşayış məskənidir” – ANONS - VİDEO
İdman / 23.10.2023 12:59
Turnirin 2-ci turu – yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı / 23.10.2023 10:17
İkinci turun mənzərəsi: epizodlar, qollar və bombardirlər – CƏDVƏL - VİDEO
Gündəm, İdman / 22.10.2023 23:25
“Çəmbərək”, “Ardanış” və “İrəvan” adını yarımfinala yazdırıb
Mədəni / 22.10.2023 19:58
Qərbi Azərbaycan incəsənəti barədə bilinməyənlər - FOTO - VİDEO
İdman / 22.10.2023 10:48
Bu gün 2-ci tura 3 qarşılaşma ilə yekun vurulur
İdman / 21.10.2023 20:28
Məğlubların dueli – “Loru-Borçalı” 3 xal qazanıb - VİDEO
Mədəni / 21.10.2023 20:04
“Qıpçaq adətləri, yaşayan bölgənin sirli aləmi” - FOTO - VİDEO
İdman / 21.10.2023 11:18
“Loru-Borçalı” ilə “Qərbi Azərbaycan” yaşıl sahədə görüşür
Hadisə, Siyasi / 20.10.2023 20:17
“Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək” - FOTO - VİDEO
Hadisə / 20.10.2023 15:28
Müzahim İsgəndərovun həyat hekayəsi: “Rus hərbiçiləri bizə 10 gün vaxt verdi…”
İdman / 20.10.2023 13:01
Ənənəvi Futbol Turnirində 2-ci tur başlayır