Müsahibə 23.12.2024 22:24

“Vətən müharibəsində 1200-dən çox peşəkar idmançı iştirak edib” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Qarabağ qazisi, fəlsəfə doktoru Qələndər Aslanov olub.

O, Qərbi Azərbaycanın Basarkeçər rayonundan, ata-baba yurdu Hüseynquluağalı kəndindən söhbət açıb. Bildirib ki, Zod qızıl mədənində çalışan atası digər soydaşlarımız kimi mütəmadi olaraq erməni haqsızlığı ilə üzləşib. Davamlı hal alan bu vəziyyət valideyninin məcburən Hüseynquluağalını tərk etməsi, Bakıda məskunlaşması ilə nəticələnib. Buna baxmayaraq, hər il yay və qış tətillərində, eləcə də toy və yas mərasimlərində, digər əlamətdar günlərdə ata-baba yurdlarına səfər edib, həmkəndliləri ilə əlaqəni tam kəsməyiblər. Lakin hər dəfə Qərbi Azərbaycana, o cümlədən Basarkeçər rayonuna gedəndə ermənilərin azərbaycanlılara qarşı təzyiq və təhdidinin, diskriminasiyasının canlı şahidi olublar. Rayon mərkəzində azərbaycanlılar ermənilər tərəfindən məqsədli şəkildə münaqişəyə cəlb olunub, təhqir ediliblər.

Müsahibin sözlərinə görə, bütün bu hadisələr 1987-ci ildən başlayaraq, soydaşlarımıza qarşı daha kəskin xarakter alıb. Silahlı erməni quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə basqınlar edib, əliyalın əhalini zorla öz evlərini tərk etmək məcburiyyətində qoyublar. Bu tələbi yerinə yetirməyən soydaşlarımız fiziki təzyiqlərlə, hətta ölümlə üz-üzə qalıblar.

Q.Aslanov deyib ki, sonuncu deportasiyada ata-baba yurdunu məcburən tərk edən soydaşlarımız Azərbaycana gələn zaman da çoxsaylı xoşagəlməz hadisələrlə üzləşiblər. Belə ki, daşnak təbliğatı ilə beyinləri zəhərlənən ermənilər azərbaycanlıların köç karvanlarının qarşısını kəsib, onların əşyalarını dağıdıb, talan edib, özlərinə isə xəsarət yetiriblər.

Əməkdar məşqçi Birinci Qarabağ müharibəsində iştirak etdiyi döyüşlərdən də danışıb. Qeyd edib ki, Füzulinin müdafiəsində, həmçinin Murov yüksəkliyində, Kəlbəcərin yaşayış məntəqələrinin qorunması əməliyyatlarında iştirak edib. Onun sözlərinə görə, ermənilər müharibə qanunlarına riayət etmədən çoxsaylı vəhşiliklər, amansızlıqlar, hərbi cinayətlər törədiblər. Döyüşlər səngidiyi vaxtlarda yaralıların savaş meydanından çıxarılmasına belə, imkan verməyiblər.

Xüsusi təyinatlı kimi döyüşlərə qatılan Q.Aslanov yaralı komandirini güllə yağışı altından xilas etdiyini diqqətə çatdırıb. Deyib ki, çoxsaylı idmançılarımız da Qarabağ müharibəsində qəhrəmanlıqlar göstəriblər. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində 1200-dən çox peşəkar idmançı iştirak edib.

Beynəlxalq dərəcəli hakim Azərbaycanı bir çox yarışlarda təmsil etdiyini xatırladıb. Söyləyib ki, idmanın siyasətdən uzaq olmasına baxmayaraq, ermənilər bütün sahələrdə olduğu kimi, idman yarışlarında da öz xislətlərini göstərib, milli ayrı-seçkiliyə yol veriblər. Hətta beynəlxalq yarışın təşkilatçılarına əsassız şikayətlər ediblər. Q.Aslanov sonda vurğulayıb ki, keçmiş məcburi köçkünlər Qarabağa qayıtdığı kimi, Qərbi azərbaycanlılar da ata-baba ocaqlarına qayıdacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 23-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 23.12.2024 22:24
“Vətən müharibəsində 1200-dən çox peşəkar idmançı iştirak edib” - FOTO - VİDEO
Təhlil / 23.12.2024 17:48
Ermənistanın vandal əməlləri – Dünyanın 77 il susduğu cinayət – TƏHLİL - FOTO
Sosial / 22.12.2024 12:29
Əmirxeyir kənd İcmasının bayram tədbiri olub - FOTO
Siyasi / 22.12.2024 11:36
Qərbi Azərbaycan İcmasında ümumi yığıncaq keçirilib - FOTO
Mədəni / 21.12.2024 22:37
“Oğlanların ciyəraxşamı mərasiminin əsas qaydaları” - FOTO - VİDEO
Siyasi / 21.12.2024 16:12
ADA diplomatik xidmət orqanlarının vahid sisteminə daxil edilməlidir – TƏKLİF
Siyasi, Sosial / 20.12.2024 22:14
“Ermənilərin ən böyük cinayəti 1905-ci ildə “Cəngi soyqırımı” olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.12.2024 13:12
“Cəngi soyqırımı”ndan Spitak zəlzələsinə – Aydın Haqverdiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 20.12.2024 11:59
Rizvan Nəbiyev: “Ermənistan bütün məsələlərə ziddiyyətli yanaşır” - FOTO
Siyasi, Təhlil / 19.12.2024 22:08
“Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.12.2024 13:56
İrəvan dayağını itirir – ANONS - VİDEO
Elm və təhsil / 18.12.2024 22:10
“Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub” - FOTO - VİDEO
Elm və təhsil / 18.12.2024 13:06
Qərbi Azərbaycanda xəzərlər- ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 22:15
Ayısəsi, Aytaq, Al, Alabkir, Alağac, Alavar – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə / 17.12.2024 18:41
“İstənilən iddia Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 14:18
Erməni Prezidentin Ayısəsi qorxusu – ANONS - VİDEO
Müsahibə / 17.12.2024 13:37
Ermənistanın ləğvinə nə səbəb ola bilər? – ANONS
Mədəni, Sosial / 17.12.2024 12:10
Gələn ilin bayram GÜNLƏRİ
Müsahibə / 16.12.2024 22:46
“Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib” - FOTO - VİDEO
Mədəni / 16.12.2024 14:07
Azər Hüseynov: “Messi kimi ulduzlar arxasınca milyonlarla insanı aparır” - FOTO
Mədəni / 14.12.2024 21:41
“Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 22:53
“Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 13:22
“Evimizin açarları hələ də bizdədir” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.12.2024 22:00
“51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı” - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:40
Dövlət və hökumət rəsmiləri ümummilli liderin xatirəsini yad edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:00
Ulu Öndərlə bağlı arxivdən - FOTO