Gündəm 30.12.2020 13:18

Vətən müharibəsində iştiraka görə 82 670 hərbçi təltif edilib

Azərbaycanı ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunurlar.

Rakus.az xəbər verir ki, bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Bu, həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Dekabrın 9-dan 30-dək dövlətimizin başçısının sərəncamları ilə 83 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı” adı, 33 nəfər “Zəfər” ordeni, 204 nəfər “Qarabağ” ordeni, 3 nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 9 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 331 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 105 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 288 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər. Həmçinin 3598 nəfər “Vətən uğrunda”, 622 nəfər “İgidliyə görə”, 1113 nəfər “Döyüşdə fərqlənməyə görə”, 5449 nəfər “Cəsur döyüşçü”, 12 519 nəfər “Cəbrayılın azad olunmasına görə”, 13 953 nəfər “Füzulinin azad olunmasına görə”, 7991 nəfər “Xocavəndin azad olunmasına görə”, 3549 nəfər “Zəngilanın azad olunmasına görə”, 3572 nəfər “Suqovuşanın azad olunmasına görə”, 9376 nəfər “Qubadlının azad olunmasına görə”, 4646 nəfər “Şuşanın azad olunmasına görə”, 5203 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2267 nəfər “Ağdamın azad olunmasına görə”, 5775 nəfər “Laçının azad olunmasına görə” medalları, 1981 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar. Ümumilikdə təltiflərin sayı 82 670-dir.

Təltif olunanların tam əksəriyyəti sıravi əsgərlər, müddətdən artıq xidmət edən hərbi qulluqçular, gizirlər və kiçik zabitlərdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif olunması davam etdiriləcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO