Təhlil 04.12.2020 23:39

Vətən müharibəsinin Qəhrəman şəhərləri – milli birliyə minnətdarlıq – TƏHLİL - FOTO

Allaha şükür edib insanlara “sağ ol” deyirlər. Bu minnətdarlıqdır. Hər yaxşı işin mükafatı var. Vətən uğrunda canlarından keçənlərə şəhid deyirik. Torpaqların yağılardan azad edilməsində göstərdikləri şücaətə görə onlara Milli Qəhrəman adı da verilir.

Azərbaycan əhalisi Rusiya və SSRİ-nin müstəmləkəsi olanda iki dünya müharibəsində ön və arxa cəbhədə iştirak edib, itkilər verib. Ancaq heç birində layiq olduğu minnətdarlığı, mükafatı almayıb. Əksinə, mərkəzi hakimiyyət Azərbaycana qarşı zülmü artırıb, ayrı-seçkilik aparıb. İkinci Dünya müharibəsində faşistlərə qarşı mübarizədə xüsusi dəyanət göstərmiş Sovet İttifaqının 12 şəhər və 1 qalasına “Qəhrəman şəhər” adı verildi: Moskva, Leninqrad, Odessa, Sevastopol, Volqoqrad (Stalinqrad), Kiyev, Brest qalası (Belarus), Kerç, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk. 1980-ci il iyulun 18-də “Qəhrəman şəhər” adı ilə bağlı əsasnaməyə dəyişiklik edildi. Orada göstərilib: “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində zəhmətkeşləri Vətənin (SSRİ-ni nəzərdə tutur) müdafiəsində kütləvi qəhrəmanlıq və igidlik göstərən Sovet İttifaqı şəhərləri ali dərəcəli mükafata –“Qəhrəman şəhər” adına layiq görülsün…” Murmansk və Smolensk 1985-ci ildə müharibənin başa çatmasının 40-cı ildönümü münasibətilə bu ada layiq görüldülər. Təəssüf ki, SSRİ-nin xeyrinə müstəsna xidmətlər göstərmiş Azərbaycanın paytaxtı Bakı şəhəri layiq olduğu mükafata layiq görülmədi.

Yeri gəlmişkən, müharibə başlayan zaman Azərbaycanda 87 qırıcı batalyon, 1 124 özünümüdafiə dəstəsi təşkil edilib, respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib, 300 mindən çox azərbaycanlı həlak olub. Sovet hərbi və mülki texnikasının 80-90 faizini yanacaqla arxa cəbhədə fəaliyyət göstərən Bakı zəhmətkeşləri təmin edib. Hər 10 tankdan 9-u Bakı nefti ilə faşistlərə qarşı döyüşüb. Sovet İttifaqı Marşalı, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956-cı illərdə) Georgi Jukov bu qəhrəmanlıq haqqında belə demişdi: “Bakı neftçiləri Vətənin müdafiəsini və düşmən üzərində qələbəni təmin edəcək qədər yanacaq verdilər”.

Faşist Almaniyasının şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilib. Rozenberqin başçılığı ilə təşkil edilmiş Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı adlanırdı. 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis olunmuş planda Qafqazın, özəlliklə Bakının işğalı başlıca yer tuturdu. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri olan Azərbaycan əlahiddə rayon sayılırdı. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal etdikdən sonra onun nefti alman şirkətlərinin sərəncamına veriləcəkdi. Onlar Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakını hərbi məntəqəyə çevirəcək. O, bundan xeyli əvvəl də “Mənim mübarizəm” adlı kitabında yazırdı ki, “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə də onlar ali irqin qulları olmalıdırlar”.

Bu kimi xidmətlərinə və düşmənin verdiyi əhəmiyyətə baxmayaraq, Bakıya “Qəhrəman şəhər” statusu verilmədi. Uzun illər bu məsələ tarixçilərin, siyasətçilərin müzakirə mövzusu oldu. Əvəzində 1990-cı il yanvarın 20-də Böyük Vətən Müharibəsinin başa çatmasının 45-ci ildönümü ərəfəsində Moskva Bakı zəhmətkeşlərinin üzərinə tankları və xüsusi təyinatlıları yeritdi. 1992-ci il fevralın 26-da Rusiyanın sülhməramlı 366-cı alayı Xocalı soyqırımının törədilməsində iştirak etdi. Sovet ordusunun əsgər və zabitləri 1988-ci ildə azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarından çıxarılmasına yardımçı oldu.

1991-ci il oktyabrın 18-də bir əsrdə ikinci dəfə müstəqilliyə qovuşan Azərbaycan bunu gözüdolusu bayram edə bilmədi – qədim İrəvan torpağında məskunlaşmış Ermənistan havadarlarının dəstəyi ilə bu dəfə Qarabağın işğalını həyata keçirirdi. 30 ilə yaxın davam etmiş danışıqlar dəfələrlə Ermənistan tərəfindən pozuldu. Beynəlxalq vasitəçilər öz missiyaları ilə münaqişəni həll etməkdənsə, separatçılara hər cür yardım olunmasına şərait yaratdı, bir sıra hallarda özləri də bu prosesə qoşuldu.

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də Qarabağı işğalçıdan təmizləmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən Ermənistan döyüşlər gedən bölgələrdən aralı yerləşən şəhər və rayonlardakı mülki obyektləri raket atəşinə tutub. Azərbaycan Respublikasının Baş Prokurorluğu sentyabrın 27-dən noyabrın 5-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 94 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb.

Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 3064 ev, 100 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb.

Rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

Xatırladaq ki, hərbi əməliyyatların getdiyi yerdən təxminən 100 kilometr aralıda yerləşən Gəncə sentyabrın 27-dən bəri bir neçə dəfə atəşə məruz qalıb. Onlardan ən dağıdıcı olanı oktyabrın 11-də baş verib. Bu hadisə nəticəsində 5-i qadın olmaqla, azı 10 nəfər şəhid olub, 35 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyub. Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 14 mülki sakin həlak olub, 55 nəfər yaralanıb.

Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutmuş, vurulan raket zərbələri nəticəsində 4 nəfər dinc sakin həlak olmuş, 13-ə yaxın insan isə yaralanmışdı. Oktyabrın 28-də isə Bərdə şəhərinə Ermənistan tərəfindən yenidən vurulan raket zərbələri nəticəsində 21 nəfər dinc sakin həlak olmuş, 70-ə yaxın insan yaralanmışdı. Oktyabrın 27-si və 28-də törədilmiş həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəymişdi. Döyüş zonasından 40 km məsafədə yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbələrinin endirilməsi nəticəsində mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.

Düşmən ordusu Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutub, 4 mülki şəxs həlak olmuş, 4-ü yaralanmışdı. Bu rayonun mülki obyektlərini ermənilər atəşkəs haqqında bəyanat imzalananadək hər gün raket atəşinə tutublar.

Bundan başqa, Ermənistan silahlı qüvvələri tərəfindən AğcabədiGoranboyBeyləqanMingəçevir də raket atəşlərinə məruz qalıb. Bu xain hücumlar nəticəsində mülki şəxslər yaralanıb, tikililər dağılıb.

Azərbaycan əsgərinin və vətəndaşının apardığı Vətən müharibəsində fərqlənənlərə mükafatlar, fəxri adlar, orden və medallar verilib və veriləcək. Bu dövlətin, onun təmsilçisi olan hakimiyyətin həmin şəxslərə minnətdarlığıdır. Bu müharibədə əsir şəhərlər, rayonlar, kəndlər azad edildi. Azərbaycan işğalçı Ermənistanı torpaqlarından qovdu. Bu döyüşlərdə Azərbaycan Ordusu qalib oldu. Onların bu zəfərində Azəbaycanın bütün bölgələri öz oğulları ilə fəal iştirak edib. Ancaq Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Goranboy və Beyləqanın mülki sakinləri daha çox əziyyət çəkib. Köpələr, uşaqlar, yaşlılar və xəstələr hər gün düşmənin atdığı raket atəşinin səsinə oyanıb, diksinib. Həmin şəhər və rayonların sakinləri öz evlərini tərk edib qaçmayıb. Onlar bu mərdliyi ilə düşmənə cavab veriblər. Ermənilər və onların havadarları hesab edirdi ki, döyüşlər getdiyi bölgələrdən uzaqda mülki obyektləri atəşə tutmaqla kütləvi qaçqın axını yaradacaq. Bunun nəticəsində ölkədə xaosa nail olacaq və əməliyyatın qarşısı alınacaq. Ancaq həmin bölgələrin sakinlərinin dəyanətli müqaviməti, siyasi sabitlik, yaranmış milli həmrəylik düşmənin bu arzusunu gözündə qoydu. Odur ki, Gəncə, Bərdə, Tərtər, Goranboy, Ağcabədi və Beyləqana “Qəhrəman bölgə” fəxri adının verilməsi daha məqsədəuyğun olardı. Bu həm də Vətən müharibəsi zamanı ön və arxa cəbhənin vəhdətinə verilən mükafat sayılar.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO