Xalqımı mənəviyyatsız görmək istəməzdim – NAZPƏRİ - VİDEO
“Qalmaqaldan qaçdıqca, gəlib məni yaxalayır. Yaxşı sənətkarları az qalırlar boğsunlar, səhnədən uzaqlaşdırsınlar. Bunu atamın dövründən görmüşəm. Açıqlama vermək istəmirəm. Bir şeyi bilin. Haqsız olaraq məsuliyyəti çiynimə yükləyirlər. Mən övladlarıma, bəzilərinə məsuliyyət daşayıram”.
Rakus.az xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva “Hər şey daxil” verilişində deyib. Müğənni qardaşı Ağaların qızı Pərvanə Dostəliyevanın iddialarına münasibət bildirib:
“Bir insan hər kəsin məsuliyyətini daşımalıdırmı? Öz şəxsiyyətimlə heç vaxt xalqa qarşı hörmətsizlik etməmişəm. Qüsurum olmayıb.
Tanımadığım 5 ailə var ki, ataları dünyasını dəyişib, imkanları yoxdur, onları saxlayıram. İnsan elədiyi yaxşılığı reklam edir, mən susuram. Bunları etməsəm, ruzim olmaz. Bu Allahsızlığı mənim adıma yazırlar, böyük günah iş görürsünüz.
Mənə, ailəmə atılan böhtanı İnterpola vermişik, axtarılır. Hər şeyi sübuta yetirəcəm. Çirkabı üstə çıxarıb, sənətkarı məhv edirlər. Bəzi cahil insanların ağzına məni niyə salırsınız? Qardaşımın 60-a yaxın yaşı var. Oturub başqa bir ölkədə kimsə danışır. Böhtanları, çirkabı sübut edəcəyəm.
Bütün nəsli Nazpəri saxlayır. İstər qardaşı, ailəsini, bacını, xala-bibi balalarını Nazpəri saxlayır. Təhsillərini verirəm, ərə verirəm, evləndirirəm. Mən olmasam onların bir işi ola bilməz. Tanımadığım ailənin üstündəyəm. Onların corablarına, geyimlərinə, evlərinə, yeməklərinə qədər mən edirəm.
Durub qaşını, saçını mənə oxşadan mənim qohumumdur? Bu nə biabırçılıqdır? Xalqımı savadsız, cahil, mənəviyyatsız görmək istəməzdim. Əlbəttə ki, xalqım deyirəm, üzr istəyirəm, bəzilərini”.
Xatırladaq ki, Pərvanə adlı qız Nazpərinin qardaşı Ağaların övladı oluğunu və 6 yaşında atası tərəfindən təcavüz edildiyini açıqlayıb. O, “Azəri star” yarışmasına qatılan zaman Nazpərinin onu yarışmadan uzaqlaşdırdığını deyib. (Axşam.az)