Hərbi 27.04.2024 22:42

Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, budəfəki veriliş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Milli Ordusunun ilk Baş Qərargah rəisi, general-mayor Həbib bəy Səlimova həsr olunub.

Bildirilir ki, Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvan şəhərində anadan olub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alıb. 1900-cü il avqust ayının 12-də orduya könüllü yazılıb. Həbib bəy indiki Gəncə süvari alayında 1 il 2 ay xidmət edərək unter-zabit rütbəsi alıb.

1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb. O, AXC-nin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə 1919-cu il fevralın 26-da əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsilə təltif edilib.

Həbib bəy Səlimovun əvəzsiz xidmətlərindən biri 1920-ci ilin mart-aprel aylarında uğurla keçirilmiş Qarabağ əməliyyatıdır. Həmin əməliyyatda dövlətə xəyanət edən, silahlı qiyam qaldıran erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə vurulub, bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

XƏBƏR LENTİ
Hərbi / 27.04.2024 22:42
Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 26.04.2024 21:32
“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” - FOTO - VİDEO
Təhlil / 26.04.2024 15:13
Avropa Parlamentinin qərəzli mövqeyi – TƏHLİL
Maraqlı, Sosial / 26.04.2024 13:31
“Maşınımızla Qarakilsəyə gedəcəyik” – Əlövsət Quliyevin “Həyat Hekayəsi” – ANONS
Gündəm, Siyasi, Təhlil / 25.04.2024 22:32
Dörd kəndi də azad edən İlham Əliyevin inanılmaz Qərbi Azərbaycan planı - FOTO - VİDEO
Təhlil / 25.04.2024 14:26
Rəsmi Bakı İrəvanı belə ağıllandırır – ANONS - VİDEO
Siyasi, Sosial / 24.04.2024 22:03
Qızıl Qoçun türk əhalisi ailəliklə sürgün edilib - FOTO - VİDEO
Təhlil / 24.04.2024 15:20
Sərhəd dirəyi – Aprel ayına dəyişən tarixi baxış – TƏHLİL
Maraqlı, Siyasi, Sosial / 24.04.2024 13:56
Muş ermənilərin yerləşdirildiyi rayon – ANONS - VİDEO
Mədəni, Sosial / 23.04.2024 22:36
Qərbi azərbaycanlıların mədəni irsi – ermənilərin iddiaları - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 23.04.2024 19:02
“Ermənistan Rusiya, Avropa və ABŞ-ın təmas nöqtəsinə çevrilir” - VİDEO
Maraqlı, Sosial / 23.04.2024 13:28
Erməni araşdırmaçıların iftira və etirafları – ANONS
Müsahibə, Siyasi / 23.04.2024 13:10
Fransa Ermənistanı yenidən qızışdırır – ANONS - VİDEO
Siyasi, Təhlil / 23.04.2024 11:58
ATƏT-in büdcəsindən 19 ildir qanunsuz əməkhaqqı alan səfir – TƏHLİL
Müsahibə / 22.04.2024 22:55
“Haylar Orta Asiya ərazilərinə iddia edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi, Təhlil / 22.04.2024 16:48
İran səfirinin yersiz müdaxiləsi – ermənisayaq mövqe – TƏHLİL
Mədəni, Siyasi / 20.04.2024 22:00
“Ağbaba əhalisi qarslılarla birlikdə dövlət yaradıb” – Qərbi Azərbaycan Xronikası - VİDEO
Hadisə, Siyasi / 19.04.2024 21:38
“Ermənilər kəndə xəbər göndərirlər ki, əgər çıxmasanız, gəlib sizi  yandıracağıq” - FOTO - VİDEO
Maraqlı, Sosial / 19.04.2024 13:19
“Bir gün doğma yurda qayıdacağıq” – Elza Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 18.04.2024 22:28
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - FOTO - VİDEO
Siyasi, Təhlil / 18.04.2024 13:16
Ermənistan xəritədən silinə bilər – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 17.04.2024 22:23
Qəmərli niyə Artaşat rayonu adlandırılıb? - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2024 13:13
Erməni caynağına keçən Qəmərli rayonu – ANONS
Siyasi, Təhlil / 17.04.2024 10:18
İsrail-İranın müharibəsi – “divardakı tüfəng”in tətiyi – TƏHLİL
Müsahibə / 16.04.2024 22:24
Erməni jurnalist 1988-ci ildə soyqırımı törətmiş ermənilərin etiraflarını yaydı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 16.04.2024 19:00
“Ermənistan Hindistanın yeni texnologiyanı sınaqdan keçirən laboratoriyasıdır” - VİDEO