Siyasi 07.09.2023 19:51

Xaricdə yaşayan ermənilərin təcili köçü başladı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycana qayıdış planına qarşı məkrli addım” adlı süjetdə Ermənistanda de-fakto fəaliyyətə başlamış Repatriasiya və İnteqrasiya Mərkəzinin bu il iyulun 27-də rəsmi açılış mərasimində Baş naziri Nikol Paşinyanın Ermənistana daha çox insan qayıtması ilə bağlı açıqlamalarına yer verilir.

Bildirilir ki, mərkəz repatriantlara pulsuz erməni dili kursları, inteqrasiya və tədris seminarları, müxtəlif onlayn və oflayn tədbirlər keçirəcək, məlumat, şəbəkələşmə və potensial işəgötürənlərlə əlaqə və s. istiqamətlərdə yardım edəcək.

Qeyd olunur ki, əvvəllər Ermənistana ermənilər Suriya və Livandan köç edirdisə, 2021-ci ildən etibarən Rusiyadan qayıdanlar çoxalıb: “Repatriant müxtəlif səbəblərdən ölkəsini tərk edib, yenidən vətənə qayıdanlara deyilir. Ancaq Suriya, Livan, Rusiyada olan ermənilər bu kateqoriyaya daxil edilə bilməz. Ermənistan hakimiyyəti qanun qəbul edilməsə də onların repatriant adı ilə ölkəyə gəlməsinə və vətəndaşlıq verilməsinə başlayıb. Məlumata görə, 2022-ci ildə 25 min erməniyə repatriant statusu verilib.  Onlardan 19 mininə Ermənistan vətəndaşlığı verilib”.

Diqqətə çatdırılır ki, Ermənistan dünyanın müxtəlif ölkələrindən erməniləri “repatriant” adı ilə ölkəyə köçürür: “İndi ehtimal etmək olar ki, bunları Qərbi Azərbaycan ərazisində yerləşdirməyi planlaşdırırlar. Çünki qərbi azərbaycanlıların qovulduqları ərazilərin çoxunda yaşayış yoxdur. Kəndlər də bir neçə yaşlı sakinə təsadüf etmək olar. Qərbi Azərbaycan türklərinin ev-eşikləri ya dağıdılıb, ya da baxımsızlıqdan uçub”.

Süjetdə vurğulanır ki, Ermənistanda “Repatriasiya haqqında” qanun qəbul edilərsə, bu, ilk növbədə Qərbi azərbaycanlılara şamil edilməlidir: “Çünki onlar bu yerlərin qovulmuş, vətəndaşlıqdan zorla məhrum edilmiş əsl sahibləridir. Ona görə də Ermənistanda bu məsələni ört-basdır etmək üçün “Repatriasiya haqqında” qanunu qəbul etmirlər. “Repatriant” adı ilə yerləşdirilənlər isə Qərbi azərbaycanlıların vətəndaşlığını vəonların torpaqlarını mənimsəyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 7-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 07.09.2023 19:51
Xaricdə yaşayan ermənilərin təcili köçü başladı - FOTO - VİDEO
Gündəm, Təhlil / 07.09.2023 16:19
İran – İslam düşmənlərinin dəyirmanına su tökən rejim – TƏHLİL
Dünya, Gündəm / 07.09.2023 12:02
Paşinyan xaricdəki erməniləri təcili Ermənistana köçürür – ANONS - VİDEO
Gündəm / 06.09.2023 19:41
Ermənilərin kütləvi qırğınlar törətdiyi Zəngibasar mahalı - FOTO - VİDEO
Siyasi / 06.09.2023 18:00
UNESCO QAİ-nin xahişinə müsbət cavab verib
Siyasi / 06.09.2023 13:07
Ərazisi və əhalisi param-parça edilən mahal – ANONS - VİDEO
Gündəm, Mədəni / 05.09.2023 19:52
Tanınmış erməni ziyalıları Ermənistan hakimiyyətinə qarşı - FOTO - VİDEO
Dünya, Təhlil / 05.09.2023 15:23
Ərdoğanın cəhdi – Putinin qlobal aclığı gücləndirmək istəyi – TƏHLİL
Gündəm, Siyasi / 05.09.2023 13:07
Erməni ziyalıların “dövlət saxtakarlığı”na qarşı üsyanı – ANONS - VİDEO
Siyasi / 04.09.2023 20:05
“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi” - VİDEO
Mətbuat / 04.09.2023 11:16
İsmayıl Nəsibli mətbuat katibi təyin olundu
Mədəni, Sosial / 02.09.2023 19:42
Nərimanlıda toy günü gəlini niyə suya salırdılar? - FOTO - VİDEO
Gündəm / 02.09.2023 12:24
Dörd dəfə qaçqınlıq yaşayan Nərimanlı kəndi – ANONS
Sosial / 01.09.2023 19:50
“Yoldaşımı və 3 uşağımı erməni əşyası ilə dəyişdilər…” - FOTO - VİDEO
Mədəni / 01.09.2023 18:20
Arçutdan gələn muzeyin qaranlıq taleyi - VİDEO
Sosial / 01.09.2023 12:14
Erməni və ruslarla eyni kənddə yaşayan Novruz Rüstəmovun həyat hekayəsi – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.08.2023 19:39
Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı?
Dünya, Təhlil / 31.08.2023 12:20
Paşinyanın “həqiqət” çağırışı – uydurulan yalanın əsiri – ANONS - VİDEO
Dünya, Siyasi / 30.08.2023 19:40
Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - FOTO - VİDEO
Dünya, Siyasi / 30.08.2023 14:02
Sovet Rusiyası Zəngəzuru niyə 2 yerə böldü? – ANONS
Sosial / 30.08.2023 11:13
“Şəhid və qazi ailələrinə dəstəyin göstərilməsi əsas vəzifədir” – Təmraz Tağıyev - FOTO
Mətbuat, Siyasi / 29.08.2023 19:53
Ermənilərlə azərbaycanlıların ziyarət etdikləri üç məzar: orada kimlər dəfn olunub? - FOTO - VİDEO
Mətbuat, Sosial / 29.08.2023 14:14
Erməni yazıçının şok etirafları – ANONS - VİDEO
Müsahibə, Mətbuat, Video müsahibə / 28.08.2023 20:00
Njde və Andranikin dəstələri azərbaycanlıları kluba yığıb diri-diri yandırmışdılar - FOTO - VİDEO
Müsahibə / 28.08.2023 12:46
“Ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır”- ANONS
Gündəm, İqtisadi, Video müsahibə / 26.08.2023 20:00
Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO - VİDEO