Xəbər kanalı açılır – 3 iddiaçı var
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.
Rakus.az xəbər verir ki, bu barədə MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib.
O bildirib ki, 3 iddiaçı müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri şuraya təqdim edib: “Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yekun qərar şuranın iclasında veriləcək”.
Xatırladaq ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu martın 11-də başlayıb. (Report)