Xəsarət alanların adları məlum oldu - FOTO
Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Rakus.az xəbər verir ki, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Məstanov Kazım Sevindil oğlu yanğından xilas olmaq üçün özünü binanın ikinci mərtəbəsindən atıb. Hadisə nəticəsində o, döş qəfəsinin əziyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində ayağı kəsilən 1989-cu il təvəllüdlü Qasımova Şəhanə Balaqardaş qızıdır. Tüstüdən zəhərlənən 1981-ci il təvəllüdlü Hüseynov İsmayıl Sovet oğlu, 1979-cu il təvəllüdlü Həsənov Elmidar Xanoğlan oğlu, 1985-ci il təvəllüdlü Mehdiyev Baba Zahid oğluna isə yerində tibbi yardım göstərilib.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.