Xəstələnməmək üçün bunları edin – MƏSLƏHƏT
Havaların isinməsi və yayın gəlməsi ilə bir çox həssas xəstəliklər də artıb. Bu sırada allergiya, səpgi, göz iltihabı və şişməsi yer alır.
Gözlərdə sulanma, batma, yanma, uzun müddət davam edən qaşıntı, səhər yuxudan oyananda kirpiklərin birləşməsi, qabıqlanma yazın ən aktual xəstəliyidir. İltihablanma isə gözün görmə qabiliyyətini sürətli dərəcədə azaldır.
Mütəxəssislər məsləhət görür ki, hovuza və ya dənizə gedəndə çalışın gözünüzə çox su girməsin. Əgər gözünüz hovuzda və ya dənizdə bulaşarsa, təmiz su ilə dərhal yuyun. Ən əsası isə onu təmiz dəsmalla silin. Başqasının dəsmalından heç bir şərt altında istifadə etməyin. Hər gözdə bir mikrob var. Bu, sizə ciddi problemlər yarada bilər.
Başqasının dəsmalını bədənə vurmaq da allergiya yarada bilər. Bu, bədəndə qaşınmaya səbəb olmaqla yanaşı, ayaqda göbələk də yaranmasına gətirib çıxaracaq.
Başqasının dəsmalından istifadə etmək eyni zamanda bədəninizdə tər qoxusu yaradacaq. Belə ki, hər bədənin öz mikrobu var. Bu mikrob sizdə tər qoxusunu kəskinləşdirə bilər.