Sosial
14.02.2020
11:18
Xəyallara doğru ən doğru seçimim – TƏLƏBƏ yazır
Xəyallarıma doğru addımladığım yolda, istədiyim yerdə idim. Sevdiyim universitetin, sevdiyim fakültəsində…
Qarşılaşdığım bir çox yeni insanlar, yeni əhatə məni bura uyğunlaşmağıma görə narahat hiss etdirirdi. Lakin sonradan nə qədər doğru seçim etdiyimi anlamışdım. Gəldiyim yer müəllimdən əvvəl insan olmağı bacaran ziyalıların əhatəsi idi. “Onlardan dərs almaq necə də qürurvericidir” -deyə, düşünürdüm.
Fakültə ilə tanışlığım sentyabr ayının onundan başlayaraq davam etmişdi. Bu günlər ərzində fakültədə gördüyüm səmimiyyət, müsbət enerji xoş aura yaradırdı.
Fakültədə ilk tanıdığım xanım qeydiyyat zamanı tanış olduğumuz Könül müəllimə idi. İlk əvvəl insana ciddi təsir bağışlayan, lakın sonrakı dərs müddətində tələbələrin ona olan sevgisini, eləcə də bizə qarşı olan münasibətini gördükdə fikirlərim tamamilə dəyişdi. Birinci kurs olduğumuz üçün çox şeyi, demək olar ki, heç nəyi bilmirdik. Tanışlıq günlərində bizə dərs müddətindən tutmuş imtahana kimi hər bir detalı incəliyinə qədər yorulmadan başa salan Könül müəllimə idi.
Tanışlıq günlərində tanıdığım digər dəyərli insanlardan biri isə Cahangir Məmmədli idi. Danışığında, etdiyi söhbətlərdə daha çox bir jurnalist, bir insan kimi vicdanlı olmağı vurğulayırdı. Başına gələn hadisələrdən maraqla danışması, hər sözündə bir həyat həqiqətinin olması necə deyərlər:”insanın onu dinlədikcə dinləməyi gəlirdi”.Eyni zamanda gələcək semestrda onun bizə dərs deməsini səbirsizliklə gözləməyimə səbəb oldu.
Və dərs müddəti başladıqdan sonra tanış olduğumuz “Jurnalistikaya giriş” fənnini bizə tədris edən Akif müəllim… Jurnalistika sahəsində öz sözünü demiş insanlardan biri, tələbələrin işini asanlaşdırmaq üçün əlindən gələni edən və: “Ay qızım, gəlin dərsi danışın, mən sizi qiymətləndirə bilim” -sözü ilə yadda qalan gözəl insan… Akif müəllim daima bizə rahat oxumaq üçün şərait yaradır, hər dərs elədiyi sual-cavablarla daha yaxşı öyrənməyimizə çalışırdı. Onun dərsini oxumayanda belə elədiyi sual-cavablarla xatırlaya bilirdik. Tələbələrin səs-küyünə,çoxlu yorucu suallarına baxmayaraq, üzündən xoş sima heç bir zaman əskik olmurdu.
Fakültəyə gəldiyim ilk günlərdə diqqətimi cəlb edən məqamlardan biri dekanımız Vüqar müəllimin tələbələrin salamını necə səmimi şəkildə qəbul edib, onlardan hal-əvhal tutması idi. Xəyalımda canlandırdığım ciddi, məsafəli bir insan xarakterindən tamam uzaq idi. Tədbirlərdə iştirakımız zamanı yanımızda oturub, sanki, bizim kimi tələbə olduğunu hiss etdirməsi, ilk iclasımız zamanı gülərüzlə etdiyi xoş söhbətlər insana müsbət aura bağışlayırdı.
Eləcə də rektorumuz Elçin müəllim… Universitetə gəldiyimiz ilk gündən təşkil etdiyi konsertlərlə, maarifləndirici tədbirlərlə bizə tələbəliyin sadəcə oxumaqdan ibarət olmadığını göstərmişdi. Fakültəmizlə bağlı ilk günlərdə keçirdiyi iclasda dediyi xoş sözlərdə,eyni zamanda bizdən universitetin ictimai-mədəni həyatında xüsusi fəallıq gözlədiyini vurğulayırdı. Biz bu ilin birinci kursları olmağımıza baxmayaraq və Elçin müəllimin bir ilə yaxındır bu vəzifəyə təyin olunmasını nəzərə alaraq,etdiyim müşahidələrdə digər yuxarı kurslarda onun bu vəzifəyə təyin olunmasından olduqca razı olduqlarını gördüm. Mənə elə gəlir ki, Elçin müəllim tələbələrin problemlərinə universitet rektorundan çox yaxın bir insan kimi maraqlanır. Buna görə də qısa müddətdə tələbələrin böyük rəğbətini,sevgisini qazanmışdır.
Fakültəmizin,digər bir sevimli xanım müəlliməsi isə Aytəkin xanımdır. Tanışlıq günlərində tanıdığımız və öz tələbə komandası ilə çıxış edən Aytəkin xanım danışarkən sanki,öz övladlarına məsləhət verdiyini bizə hiss etdirmişdi. Maraqlı lahiyələrə rəhbərlik edərək bizə,universitetin ictimai həyatında fəal iştirak etməyə şərait yaradırdı.
Və gələk fakültədə heç tanımadan sevdiyim müəlliməyə… Dərs günlərinin birində metroda yaranan basabas səbəbilə ürəyim narahat olmuşdu.Gözlərim görməməyə başladı və qolumdan kiminsə tutduğunu hiss etdim. Çətin olsa da,ona harada oxuduğumu deyə bilmişdim. Təsadüfən rast gəldiyim bu xanım həm də bizim fakültədə dərs deyən ingilis dili müəlliməsi idi.O qədər insanın içində digər vaqondan halımın pisləşdiyini görüb,mənə kömək etmişdi. Düşünəcəksiniz ki, burada nə var, hər kim olsa, o vəziyyətdə olan insana kömək edərdi. Amma elə deyil. Qorxduğumu hiss edib mənə: “Bilirəm, belə eləyirsən ki, nə vaxtsa sənə dərs desəm,səndən qorxum yüksək bal yazım”. Asta-asta danışaraq fikrimi yayındırmağa çalışırdı. Universitetə gəldik və görməyə başladıqda Aytəkin xanımın otağında bu gözəl xanımı gördüm. Dərsinin olmasına baxmayaraq məni buraxıb getmək istəməməsi, qucaqlayıb, başımda durması həmin an üçün ən ehtiyacım olan şey idi.
Sabahkı gün Aytəkin xanımın qapıda məni görüb vəziyyətimi soruşması da fakültəmin nə qədər səmimi, dəyərli insanlarla dolu olduğunu mənə bir daha hiss etdirdi.
Təbii ki bəyəndiklərimizlə yanaşı, bəyənmədiklərimiz də olur. Lakin bir neçə ayda müşahidə etdiklərimi yazdığım üçün deyə bilərəm ki, Jurnalistika fakültəsi etdiyim ən doğru seçimlərdən biridir. Bu il Bakı Dövlət Universitetinin 100 yaşını qeyd etməsi, fakültəmizin 50 illik yubileyi isə ayrıca bizə “əsrin tələbəsi” olmaq sevincini də yaşatdı.
Nübar Kərimsoy,
BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Gündəm, Hərbi
/
25.06.2022
15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi
/
17.06.2022
13:55
Elm və təhsil, Gündəm, Siyasi
/
13.06.2022
11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat
/
05.06.2022
17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat
/
05.06.2022
15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm
/
04.06.2022
14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat
/
04.06.2022
13:29
Mətbuat
/
04.06.2022
10:00
Gündəm, Siyasi
/
01.06.2022
07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil
/
27.05.2022
13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil
/
09.05.2022
10:38
Elm və təhsil
/
04.05.2022
18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir
Mətbuat, Siyasi
/
02.05.2022
13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat
/
01.05.2022
18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat
/
01.05.2022
14:31
Gündəm, Mədəni
/
29.04.2022
10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi
/
28.04.2022
17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat
/
27.04.2022
11:04
Gündəm, Mətbuat
/
26.04.2022
14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat
/
16.04.2022
15:16
Hərbi, Mətbuat, Video müsahibə
/
16.04.2022
12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə
/
16.04.2022
11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat
/
16.04.2022
09:00
Müsahibə, Mətbuat
/
15.04.2022
16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat
/
15.04.2022
14:14
Hərbi, Mətbuat
/
15.04.2022
13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO